Zakir Əliyev: "Yeddi aylıq qızım qucağımda dünyasını dəyişdi" - VİDEO
"Əziz insanları hər zaman yanında görmək istəyirsən. O da mənim valideynlərimdir. Valideyn yarası heç zaman sağalmır. Yeni il gecəsi anam, üç ay sonra isə bacım Novruz bayramında dünyalarını dəyişdilər. Anamın vəfatından sonra iki ay dərin stres yaşadım. Bu itkini çox dərin keçirdim. Özümdə deyildim. Mənə söz deyirdilər, eşitmirdim. Bir şey deyirlər, yadımda qalmırdı".
Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev verilişlərin birində deyib.
Anasını və bacısını itirən sənətçi bildirib ki, bu ağrını və acını dünyaya gələn qızı ilə ovutmağa çalışıb:
"Bacım dünyasını dəyişəndən sonra bir təsəlli kimi Allah bizə övlad payı verdi. Uşaq mələk idi. O, dünyaya gələndən sonra xəstəxanadan çıxaranda avtomobildə onu qucağıma aldım, inanmadım ki, bu uşaq mənim övladımdır. O, ay parçası kimi bir uşaq idi. Övladımın dünyaya gəlməsi məni o dərin stresdən çıxardı. O uşaq sanki dünyamı dəyişdi".
Lakin Z.Əliyevin övlad sevinci çox çəkməyib. Belə ki, yeddi ayında ağır şəkildə xəstələnən müğənninin qızı Nərgiz dünyasını dəyişib.
"Amma bu xoşbəxtlik uzun sürmədi. Çünki övladım cəmi yeddi ay yaşadı. Adını Nərgiz qoymuşduq. O hissi yaşamışam... Digər övladlarım qızımın öldüyünü biləndə evdə bağırırdılar. Təcili yardımı çağırsaq da, kömək edə bilmədilər. Körpə çox pis xəstələndi, soyuqladı və bronxları tutuldu.
Evdə bir dəqiqənin içində nəfəsi getdi, gəlmədi. Yəni övladın körpə, kiçik, azyaşlı olmasından asılı olmayaraq valideynin qəlbində böyük iz salır. Həyat yoldaşımla kiçik bir qutu tapdıq. Körpəmizi o qutunun içinə qoyub kəndə apardıq. Körpəmi qardaşımla birgə böyük övlad kimi dəfn etdik. Mən bunu Allahın imtahanı hesab edirəm. Şükür Allahın məsləhətinə. Görünür ki, bütün bu stresləri mən yaşamalı idim", - deyə Zakir Əliyev vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrElnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
17 oktyabr"Bu, özümüzlə üzləşməkdən daha asandır"
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir
18 oktyabrİlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
6 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabr