Sülhə aparan ən qısa yol: Ağdam yolu - oktyabrda "beşli format" baş tutacaqmı?

Sülhə aparan ən qısa yol: Ağdam yolu - oktyabrda "beşli format" baş tutacaqmı?Ermənistan sülhdən danışıb, yeni silahlar daşıyır; İrəvanın destruktiv fəaliyyəti gərginliyi tətikləyir...

Rusiya "Qırmızı Xaç"ına məxsus humanitar yük maşınının Ağam-Xankəndi yolundan keçib ünvana çatması və eyni yolla geri qayıtması ilə Azərbaycan öz xeyrinə çox mühüm, hətta tarixi bir presedent yaratmış oldu.

Rusiya "Qırmızı Xaç"ına məxsus humanitar yük maşınının Ağam-Xankəndi yolundan keçib ünvana çatması və eyni yolla geri qayıtması ilə Azərbaycan öz xeyrinə çox mühüm, hətta tarixi bir presedent yaratmış oldu.Təbii ki, arxayınlaşmaq olmaz, indiki durumda qalır davamını gətirmək, yolu əsas və işlək marşruta çevirmək. Çünki söhbət ən əvvəl Qarabağdakı erməni etnik azlığın cəmiyyətimizə reinteqrasiyasından gedir. Separatizmin dinc yolla kökünün kəsilməsi bunsuz mümkün görünmür. Əlbəttə, Ermənistan rəhbərliyinin, nəhayət, daşı öz ətəyindən töküb Azərbaycanla 5 məlum baza prinsipi əsasında sülh müqaviləsi və ya çərçivə sənədi imzalaması həm reinteqrasiya, həm də iki qonşu xalqın və ölkənin barışığı prosesini sürətləndirə, geridönməz edə bilərdi. İlin sonuna təxminən 100 gün qalır. Sual olunur, bəs qarşıdakı müddətdə Bakı-İrəvan danışıqlarında müsbətə dönüş və ya ciddi irəliləyiş mümkünmü?

Bu yerdə xatırladaq ki, gələn ayda - oktyabrda İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sayca üçüncü toplantısı baş tutmalıdır. Bundan əvvəlki (may) Moldova sammiti zamanı Almaniya kansleri Olaf Şolz Azərbaycan-Ermənistan-Fransa-Almaniya-Aİ "beşli format"da liderlərin növbəti görüşünün İspaniyada olacağının açıqlamışdı. Ancaq son günlərin gərginlikləri, rəsmi İrəvanın ziddiyyətli davranışları fonunda "reallaşacaqmı?" sualı ortaya çıxır.

"Fransa və Almaniyanın Azərbaycan əleyhinə çıxışlarını nəzərə alsaq, bu görüşə getməyimizə təəccüblənərdim. Ermənilərin özləri sülh müqaviləsindən qaçır. Daha sonra onlar Qarabağın "statusu"nu oradakı ermənilərin hüquq və təhlükəsizliyi, ardınca beynəlxalq missiyanı təmin etmək şəklində möhkəmləndirməyə çalışırlar. Ona görə də bütün nikbin bəyanatlara rəğmən, sülh müqaviləsi əlçatmaz görünür, təhlükəsizlik sahəsində vəziyyət dəyişkən olaraq qalır. Bunlar (Almaniya və Fransa - red.) Ermənistanla bizim aramızda vasitəçi ola biləcək ölkələr deyil".

Bu fikir Beynəlxalq Əlaqələr Mərkəzinin sədri, politoloq Fərid Şəfiyevin Minval.az-a açıqlamasındandır.

Rəsmi Bakı oktyabr görüşünü iqnor edə bilərmi, əgər onun nəticəsiz olacağı bəri başdan müəyyəndirsə?

Qeyd edək ki, son vaxtlar Almaniya hökuməti də Azərbaycana münasibətdə ar-arda ədalətsiz mövqe sərgiləyir. Məsələn, Berlin Paris və Moskva kimi tez-tez mövcud olmayan "Laçın dəhlizi"nin qeyd-şərtsiz açılması tələbi ilə çıxış edir, erməni lobbisinin və havadarlarının siyasi xoruna qoşulur. Rusiyanın sülh danışıqlarını imitasiya etməsi də ki, məlum. Qalır Avropa Birliyi və ABŞ.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir". Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. Onun sözlərinə görə, son bir həftə ərzində dövlət katibi Entoni Blinken bu prosesdə şəxsən iştirak edir. "Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib və ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik. Uzunmüddətli perspektivdə iki ölkə arasında yekun razılığın əldə edilməsinin vacibliyinə dair çağırışımızı təkrar edirik", - Departament rəsmisi bildirib.

Bu arada, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Azərbaycan və Ermənistan rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan oktyabrda Qranadada (İspaniyada) görüşə bilər. Lakin rəsmi Bakı hələ ki, məlumatı təsdiqləməyib.

Bundan əlavə, hazırda Nyu-Yorkda olan Azərbaycan və Ermənistan XİN başçıları arasında Blinkenin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi istisna olunmur. Öz növbəsində Paşinyan sentyabrın 13-də parlamentdə keçirilən "hökumət saatı"nda iki ölkə başçılarının görüşünün mümkünlüyü barədə sualı cavablandırarkən buna hazır olduğunu bildirib.

Əlavə edək ki, iki gün öncə Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib. Görəsən, orada nələr əksini tapıb? "Beşli format"da görüşlərin davamına ehtiyac varmı?

Sahib Məmmədov: "QHT Şurasının vəzifəsi yalnız maliyyə yardımı vermək deyil" - 22.04.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağı Azərbaycanın suveren ərazisi olmasına dair bir neçə açıqlaması Ermənistanın hüquqi səndələrində əksini tapmayana qədər elə açıqlama olaraq qalacaq: "Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı real görünmür. Ermənistan son dövrədə atdığı addımlar onu göstərir ki, yaxın müddətdə sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində hər hansı ciddi irəliləyiş olmayacaq. Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər - hansı ki, bu təkliflərin hamısı beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur - Ermənistan tərəfindən qəbul olunmayıb".

Ekspertimiz əmindir ki, Ermənistan hakimiyyətinın məqsədi vaxtı uzatmaqdır. Bəs bununla o, nəyə nail olmaq istəyir?

S.Məmmədov: "Ermənistan ümid edir ki, Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddia təmin olunacaq və bundan sonra BƏM-in qərarından beynəlxalq hüquqi müstəvidə Azərbaycana qarşı istifadə etməklə ona qarşı beynəlxalq təzyiqləri artıra biləcək".

STM icraçı direktoru Ermənistanla bağli digər ciddi məqamdan bəhs etdi: "Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna qoşulmaq və məhkəmənin yurisdiksiyasını 2022-ci ilin sentyabr ayına qədər geriyə şamil olunmasına dair məhkəməyə bəyanat təqdim etmək niyyətindədir. Bu provokativ addımı atmaqla Ermənistan Rusiyanın maraqlarına da ciddi zərbə vurur və Rusiyaya münasibətdə qeyri-dost hərəkəti etməyi planlaşdırır. Roma Statutusunu ratifikasiya edəcəyi təqdirdə Rusiya prezidenti və Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Ermənistana səfər edə bilməyəcək. Gələcəkdə Beynəlxalq Cinayət Məhkəməsinin digər Rusiya vətəndaşlarına, o cümlədən hərbi rəhbərliyinə qarşı cinayət işlərinə başlayacağı istisna olunmur.

Buna baxmayaraq, Ermənstan bu provokasiyaya da gedir. Doğrudur, Statutun 98-ci maddəsinə əsaslanaraq Ermənistan Rusiya ilə müqavilə bağlaya və Rusiya vətəndaşlarına münasibətdə Statutu tətbiq etməyə bilər. Amma Rusiyanın bu alçaldıcı müqaviləyə imza atması real görünmür. Bu halda Rusiya faktiki olaraq Rusiya Prezidentinə və uşaq hüquqları üzrə ombudsmana qarşı qaldırlan cinayət işini bir növ legitimləşdirmiş olacaq".

S.Məmmədov hesab etmiş ki, bu addım təkcə Rusiya əleyhinə yönəlib: "Beləliklə, Ermənistan Statuta qoşularsa, həm Rusiyaya qarşı misli görünməmiş demarş etmiş olacaq, həm də sonradan Azərbaycanın ali vəzifəli şəxslərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət işinin başlanmasına nail olmağı hədəfləyir. Əlbəttə, bu, o qədər də asan deyil, amma Ermənistan bu niyyətini gizlətmir və bu barədə açıqlamalar da verib".

Ekspert rəsmi İrəvanın digər istiqamətdəki anti-Azərbaycan təxribatlarından da bəhs etdi: "Ermənistanın Fransa ilə birgə planlaşdırdığı sonuncu "humanitar yardım" provokasiyası uğursuzluğa düçar olsa da, Laçın yolunun qeyd-şərtsiz açılması və orada qurulan nəzarət-buraxılış məntəqəsinin götürülməsi istiqamətində başlatdığı təzyiq kampaniyasını dayandırmaq fikrində deyil. Rusiya hərbi kontingentinin məsuliyyət zonasında yaşayan ermənilərin saxta seçkiləri də erməniçiliyin tezliklə erməni mənşəli əhalinin Azərbaycana inteqrasiya olunmasına imkan verməyəcəyini göstərir. Paralel surətdə Ermənistan sürətlə silahlanır, darmadağın olmuş ordusunu bərpa edir və onu müasir silahlarla təchiz etməkdə davam edir. Belə halda hansı sülh müqaviləsindən söhbət gedə bilər?"

S.Məmmədovun qənaətincə, əlbəttə, haqqında anons verilən görüşlərin baş tutması mümkündür, bu görüşlərdə hətta hansısa irəliləyiş də ola bilər: "Amma fikrimcə, bu, yaxın müddətdə sülh müqaviləsinin bağlanmasına gətirməyəcək. Nəzərə almalıyıq ki, Ermənistan üçtərəfli bəyanatın bir neçə bəndinin, o cümlədən 4 və 9-cu bəndlərdə göstərilən tələbləri ilə bağlı heç nə etməyib. Əksinə, Qarabağ ərazisindəki qanunsuz silahlı birləşmələrə müxtəlif yollarla silah daşımağa cəhdlərini davam etdirir. Əvvəlki şərhlərimizdə qeyd etdiyimiz kimi, vaxt uzatmaq indiki halda və uzunmüddətli planda Ermənistanın xeyrinə olmayacaq. Azərbaycan öz ordusunu daha da möhkəmləndiməklə yanaşı, diplomatik sahədə öz planlı fəaliyyətini davam etdirir".

Nikol Paşinyanın ziddiyyətli bəyanatlarını davam etdirməsi, sülhdən danışdığı halda, ordusunu Azərbaycanla şərti sərhədlərə cəmləməsi, həmçinin ölkəmizə qarşı şər-böhtan səsləndirməsi gərginliyi tətikləyir. Həmçinin son məlumata görə, Hindistan Ermənistana 6 ədəd "ATAGS" haubitsası verib, daha 84-nü verməyi planlaşdırır. Yerli müdafiə şirkəti Bharat Forge-nin rəhbəri Babu Kalyani bildirib ki, 155 mm-lik haubitsalar avqust ayında təhvil verilib. Müdafiə sazişi 3 il ərzində Ermənistana ümumi dəyəri 155 milyon dollardan çox olan 90 ATAGS haubitsasının tədarükünü nəzərdə tutur. Qeyd olunur ki, Bharat Forge müqaviləni vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır. Sülh imzalamağa "hazır olan" ölkə boğazından kəsib, silah-sursata xərcləməz. Təkcə bu fakt Ermənistanın məkrli siyasətinin növbəti ifşasıdır.

"Yeni Müsavat"


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1607   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral 2025
.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel 2024
.

İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb

İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qey

14 aprel 2024
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

28 avqust 2024
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart 2024