Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI

Soyuq havada çay əvəzinə su içməyin FAYDALARIQış aylarında çoxlarımız isinmək üçün isti çaya üstünlük veririk, lakin ilıq suyun faydalarını heç nə əvəz etmir. Məhz ilıq su immun sistemini dəstəkləməyə kömək edir və qışda düşündüyümüzdən daha tez-tez baş verən susuzlaşmanın qarşısını alır.

Oxu.Az xəbər verir ki, rusiyalı diyetoloq Lyudmila Denisenko bu barədə "KP.ru"ya müsahibəsində danışıb.

"Əslində, otaq temperaturunda olan adi su içilməlidir. Çünki əksər içkilər (çay, xüsusilə bitki çayları və qəhvə) sidikqovucu təsirə malikdir. Bu isə orqanizmdən daha çox mayenin xaric olunması deməkdir. Su balansı isə mütləq bərpa edilməlidir, əks halda orqanizm hüceyrə səviyyəsində zərər görməyə başlayacaq", - deyə Denisenko bildirib.

Onun sözlərinə görə, insanlar çox vaxt bunun fərqinə varmırlar və susuzluq hiss etmədiklərini düşünürlər. Əgər orqanizm uzun müddət kifayət qədər su almırsa, susuzluq hissi zəifləyir və insan xroniki susuzlaşma vəziyyətində yaşayır. Zamanla bu hal soyuqdəymə, oynaq ağrıları və böyrək problemlərinə səbəb ola bilər.

Mütəxəssis qeyd edir ki, su içməyi kiçik porsiyalarla vərdişə çevirmək vacibdir: hər saatda bir neçə qurtum, səhər yarım stəkan və yeməkdən əvvəl bir qədər su içmək tövsiyə olunur. Bu, xüsusilə gəzinti və ya hər hansı fiziki fəaliyyət ərəfəsində daha da vacibdir. Həkim suya orqanizmin düzgün işləməsinə kömək edən gündəlik "dərman" kimi yanaşmağı məsləhət görür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1955   Tarix: 05 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşağın dərs nəticələrinə təsir edən gözlənilməz amillər açıqlanıb

Mənzildəki arxa fon səs-küyü, zəif işıqlandırma və dərs oxumaq üçün şəxsi məkanın olmaması məktəblinin diqqətini cəmləməsinə mane ola və onun təhsil nəticələrinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu "Level Group" şirkətinin perspektivli layihələr üzrə direktoru Artyom Oxmat -ya müsahibəsind

24 avqust
.

Az söz bilmək düşüncəni də kasadlaşdırır - Filoloqdan XƏBƏRDARLIQ

İnsan tarixizmləri və arxaizmləri öyrənirsə, bu, yalnız onun lüğət ehtiyatını zənginləşdirmir, həm də düşüncə qabiliyyətini inkişaf etdirir. Onlardan gündəlik nitqdə istifadə etmək vacib deyil, lakin mənalarını başa düşmək mədəni savadlılığın mühüm tərkib hissəsidir. xəbər verir ki, bunu RT-yə müsahibəsind

23 avqust
.

Uzunömürlü insanların immun sistemində alimləri təəccübləndirən kəşf

Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları 90-100 və daha yuxarı yaşda olan insanlarda zədələnmiş və xərçəngli hüceyrələri məhv etmək qabiliyyətinə malik nadir immun hüceyrə növünün qeyri-adi dərəcədə yüksək fəallığını müəyyən ediblər. xəbər verir ki, elmi işin nəticələri "Cell Press"

21 avqust
.

Hillari Klinton əri Bill Klintonun dəfn mərasimini planlaşdırır

Hillari Klinton artıq əri Bill Klintonun qarşıdan gələn anım mərasimini planlaşdırmağa başlayıb. -ın xarici mediaya isinadən məlumatına görə, ABŞ-ın keçmiş prezidenti avqustun 19-da 80 yaşını qeyd edib və mənbələr iddia edir ki, o, həmçinin 120 milyon dollar dəyərində vəsiyyətnaməsində dəyişiklik etməy

20 avqust
.

Həkim stresdən sonra "oyanan" virusları sadaladı

Güclü və uzunmüddətli stres herpes və zona xəstəliyinin (kəmərləyici dəmrov) kəskinləşməsinə səbəb ola bilər. Bu viruslar orqanizmə daxil olduqdan sonra tamamilə yox olmur, passiv vəziyyətə keçərək sinir düyünlərində qalırlar. -ya istinadən xəbər verir ki, bunu "Meditsina" klinikasının həkim-psixoterapevti

24 avqust
.

Bu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir

Harvard Universitetinin alimləri təyyarə heyətinin üzvlərində bəzi xərçəng növlərindən ölüm hallarının digər peşə sahibləri ilə müqayisədə daha çox olduğunu müəyyən ediblər. "Fox News Digital"a istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-də 500-dən çox peşə üzrə məlumatları müqayisə ediblər

24 avqust
.

"Vogue" 2026-cı ilin ən dəbli itini seçdi

ABŞ-nin "Vogue" jurnalı 2026-cı ilin ən dəbli və stilli itini seçib. -ın xəbərinə görə, bu barədə nəşri məlumat yayımlayıb. Məlumata görə, "Dogue" müsabiqəsində minlərlə ev heyvanı sahibi iştirak edib və öz itlərinin şəkillərini göndərib. Münsiflər heyəti təkcə fotoların keyfiyyətin

19 avqust
.

Çilingər xidmətində ən çox görülən təmir işləri hansılardı?

Çilingər qapı, kilid və açarla bağlı yaranan problemlərin aradan qaldırılmasına kömək edir. Açarın sınması, kilidin işləməməsi və qapının açılmaması ən çox rast gəlinən hallardır. Problemin düzgün müəyyən edilməsi həm kilidin əlavə zədələnməsinin qarşısını alır, həm də təmir işini asanlaşdırır. Çilingə

24 avqust
.

Quşlar isti ölkələrin istiqamətini haradan bilirlər?

Quşların hər payız minlərlə kilometr məsafə qət edərək isti ölkələrə uçması təbiətin ən maraqlı hadisələrindən biridir. Onlar nə kompasdan, nə xəritədən, nə də naviqasiyadan istifadə edir, buna baxmayaraq çox vaxt eyni marşrutla gedib geri qayıda bilirlər. xarici mediaya istinadən xəbər verir ki, alimlə

20 avqust