Rublla köçürmələrə QADAĞA – Rusiyadakı soydaşlarımızı NƏ GÖZLƏYİR?
VTB-nın rəhbəri Andrey Kostin bir neçə gün əvvəl Rusiya hökuməti qarşısında daha sərt valyuta nəzarətin qoyulması və rublun ölkədən çıxarılmasına məhdudiyyətlər tətbiq edilməsi ilə bağlı bəzi təkliflər irəli sürüb.
Rusiyanın artyıq sülh dövründə yaşamadığını diqqətə çardıran VTB rəhbəri, limitin xarici valyuta ilə ayda 1 milyon dollar olduğunu, lakin rublla da istənilən qədər köçürmənin mümkün olduğunu söyləyib:
"Məsələn, Ermənistana 1 milyard rubl köçürülür və o, dərhal dollar müqabilində geri qayıdır. Bu fürsəti bağlamaq lazımdır. Həddi xarici valyutada olduğu kimi 100 milyon rubl müəyyən etmək olar".
Qeyd edək ki, Rusiyada hazırda 2 milyondan çox azərbaycanlı yaşayır və onlarının azı 70 faizi hər ay Azərbaycandakı ailələrinə pul göndərirlər ki, bunun böyük hissəsi rublladır.
Bəs, məhdudiyyət tətbiq olunarsa, bu, azərbaycanlıların pul köçürmələrinə necə təsir edəcək?
İqtisadçı-ekspert Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında, bu məhdudiyyətin tətbiq olunması Rusiya iqtisadiyyatına dividend gətirməyəcək:
"Adətən xarici valyutanın, əsasən də dolların ölkədən çıxışına qadağanın qoyulması, rubla olan təzyiqi artırır. Artıq bu valyutaya olan təzyiqlər kifayət qədər ciddidir. Bununla bağlı problem olmadığı halda, qadağanın qoyulması doğru addım deyil. Bunun baş verəcəyini, üstəlik, bunun Rusiya iqtisadiyyatı üçün hansısa müsbət tərəfinin olacağını gözləmirəm".
Bank-maliyyə sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov isə bu məhdudiyyətin xırda köçürmələrə aid olmayacağı qənaətindədir:
Orada yaşayan azərbaycanlıların iri köçürmələr etmədiyini söyləyən hüquqşünasın sözlərinə görə, bu, daha çox sahibkarlıq və biznes sahələri ilə bağlı iri köçürmələrə aiddir:
"Əgər belə olsa, bir vətəndaşa müəyyən məhdudiyyətlər qoyulacaq. Orada yaşayan həmvətənlərimizin böyük əksəriyyəti burdakı ailələrinə kiçik məbləğli köçürmələr edirlər. Bunlar da ay ərzində elə böyük məbləğlər olmur. Onlar həmin vəsaitləri bir neçə şəxs arasında da bölə bilərlər. Bu baxımdan da, bu, fiziki şəxslər və sadə vətəndaşlara aid ediləcəyini düşünmürəm. Məhdudiyyət daha çox iriməbləğli köçürmələrə tətbiq olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb
Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını
2 sentyabrAzərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema
11 sentyabrAvropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA
Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind
16 sentyabrAzərbaycanda pul bazası 15 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb
7 sentyabrÇində 42 min nəfər təxliyə edilib
Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl
14 sentyabrBrent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü
Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla
17 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb
Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü
15 sentyabrBrent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü
İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare
3 sentyabr