Yerli makaron istehsalı niyə azalır? - "Kaspi"nin ARAŞDIRMASI

Yerli makaron istehsalı niyə azalır? - "Kaspi"nin ARAŞDIRMASIMakaron İtaliya mətbəxinin əsas yeməyi hesab olunur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxıb. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanır. Makaronun hazırlanması asan və rahat, qiyməti ucuz olduğu üçün alıcısı da boldur. Son məlumatlara görə ölkəmizdə bu məhsulun istehsalı 25 faiz azalıb.

Bəs görəsən azalmanın səbəbi nədir? İstehsalın azalması əsasən kasıb və orta təbəqənin istifadə etdiyi makaronu bahalaşdıra bilərmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İqtisadçı Xalid Kərimlinin fikrincə, yerli mallar idxal məhsulları ilə rəqabət apara bilmir deyə, istehsalın azalması normal qarşılanmalıdır:

"Makaron istehsalının azalmasının səbəbi rəqabətdir. Amma bunun iqtisadiyyatımıza, bazarımıza heç bir təsiri olmayacaq. Çünki makaron bazarında idxal yerli istehsalı sıxışdırır. İdxal yerli istehsalı sıxışdıranda daha ucuz imkanlar meydana gəlir. Bu zaman da, yerli istehsal idxal qiymətləri ilə mübarizə apara bilmir. Ölkəmizə makaron idxalı əsasən qonşu dövlətlərdən - İrandan, Türkiyədən, Rusiyadandır. Yerli istehsalçılar da o keyfiyyətlə, o qiymətlərlə məhsul təqdim edə bilmədiklərinə görə bazar paylarını itirirlər".

X.Kərimli bildirib ki, istehsalın azalması qiymətlərə təsir göstərməyəcək:

"Burada vətəndaş, alıcı üçün qorxulu bir şey yoxdur. Makaron bazarında yerli məhsulumuzdan çox xarici məhsul mövcuddur. Azərbaycanın makaron istehsalçıları rəqabətə dözə bilməyib istehsalı azaldır. Sadəcə, istehsal edən müəssisənin qazancı azalacaq, sonra da işi apara bilməyəcək, yerli istehsalı bağlayıb çıxıb gedəcək. Yerli makaron istehsalının azalması qiymətlərə də təsir etməyəcək".

İqtisadçı Akif Nəsirlinin fikrincə, istənilən halda yerli istehsalı artırmaq və xaricdən asılılığı azaltmaq lazımdır:
"Amma təəssüf ki, idxal sahibkar üçün daha səmərəli görünür. Bütün sahələrdə, o cümlədən makaronla bağlı yerli istehsaldan çox idxala üstünlük verirlər. Bu isə ölkənin ərzaq təhlükəsizliyini təhdid altında qoyur. Makaron un məhsuludur. İstənilən ölkənin daxilində yerli tələbat qədər istehsal etmək mümkündür. Hökumət bu cür sahələrin inkişaf etdirilməsinə, idxalının azalmasına çalışmalıdır".

Makaron istehsalçısı olan şirkətlərdən isə bildirilib ki, hazırda onların istehsal prosesində problem yoxdur:

"İstehsal prosesinin azalması barədə dəqiq məlumat yoxdur. Lakin makaron istehlakı yay aylarında daha az olur. Hazırda makaron fabrikinin aylıq istehsal gücü 3200 tondur. Fabrik 11 fərqli çeşiddə qısadoğranmış makaron və 2 çeşiddə spagetti istehsal etmək gücünə malikdir. İstehsal prosesində heç bir çətinlik müşahidə olunmur. Makaron və spagetti çeşidlərimizin istehsalında dünyanın müxtəlif ölkələrindən alınmış sərt buğdadan istifadə edilir".

İstehsal meneceri Sayat Quliyeva isə bildirib ki, yerli makaron istehsalının azalmasının əsas səbəblərindən biri buğdadır:

"Makaron bişirildiyi zaman dağılmasın deyə bərk taxıldan hazırlanır. Azərbaycan isə bu taxılı Rusiya, Ukrayna, Belarus və Qazaxıstandan alırdı. Müharibə ilə bağlı taxıl alışında problemlər yaranıb. Bu da makaronun istehsalına təsir edib. İstehsalçılar makaronun maya dəyərini azaltmaq üçün bərk taxılın faizini azaldırlar. İstehlakçı olaraq vitrinə baxanda yerli istehsal olan makaronların keyfiyyətini rəngindən görmək olur. Görünür ki, bərk taxıldan az istifadə olunur".

Qida məsələləri üzrə ekspert Ağa Salamovun fikrincə, yerli istehsalın önə keçməsi üçün makaron çeşidlərində fərqlilik lazımdır:

"Əgər müasir zəmanənin tələblərinə uyğun makaron istehsal olunsa, bu halda yerli mallarımız xarici məhsullar tərəfindən sıxışdırılmaz. Türkiyədə xarici markaları vurub sıradan çıxarırlar və onlardan da yaxşı məhsul təqdim edirlər. Amma bizdə yerli istehsalda inkişaf yoxdur. Fərqli makaron çeşidləri hazırlamaq, qablaşdırmaya diqqət etmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1250   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr
.

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema

11 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr
.

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlk

15 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr