Əksəriyyət nikahdan öncə tibbi müayinəyə niyə PİS BAXIR?
"Nikahdan öncə icbari tibbi müayinə sağlam genefond, dayanıqlı, münaqişəsiz ailə üçün əhəmiyyətli bir tədbirdir".
Bunu Bizim.Media-ya açıqlamasında Bakı Dövlət Univertsitetinin "Sosial iş" kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev bildirib.
O qeyd edib ki, Azərbaycanda icbari tibbi müayinənin tətbiq tarixi çox da böyük deyil:
"Ölkəmizdə bu, əsasən 2015-ci ildən tətbiq olunmağa başlayıb. Ancaq ötən dövr ərzində müayinə statistikasının təhlili deməyə əsas verir ki, bu tədbir çoxdan tətbiq olunmalıydı. Belə ki, tətbiq tarixinin ilk 5 ilində icbari tibbi müayinə nəticəsində məlum oldu ki, müayinəyə cəlb olunanların 600 minindən təqribən 20 mini xəstəlik daşıyıcısıdır. Bu xəstələr sağlam genefonu təhdid edən əsas problemlərdəndir.
İcbari tibbi müayinə tətbiq edən ölkələrin təcrübəsi (Türkiyə, Fransa) göstərir ki, tətbiq nəticəsində qısa müddətdə hemofiliya və talasemiya xəstəliklərinin statistikasında kəskin enmə müşahidə olunub. Elə ölkəmizdə də icbari tibbi müayinənin tətbiqindən sonra sözügedən xəstəliklərin və digər irsi xəstəliklərin dinamikasında azalma müşahidə olunur.
Belə ki, icbari tibbi müayinənin tətbiqi nəticəsində iris qan xəstəlikləri ilə doğulanların sayında 45% azalma müşahidə olunub. Odur ki, vətəndaşlarımız özləri könüllü şəkildə nikaha girməzdən qabaq sağlam ailə təməli, nəsl şəcərəsi naminə tibbi müayinədən keçilməlidir. Sonrakı peşmançılıq fayda vermir".
Üzeyir Şəfiyev təəssüflə bildirib ki, hələ də bəzi insanlar məsuliyətsizlik edir, irsi qan xəstəlikləri olmasına baxmayaraq, nikahdan kənar ailə qurur, tibbi müayinədən yayınır:
"Nəticədə qeyri-sağlam övlad dünyaya gətirir və bunun da nəticəsini həm qurduğu ailə, həm də bütöv cəmiyyət çəkir. Nəzərə alsaq ki, ölkəmizdə nikahdan kənar doğulan uşaqların sayı 30 min ətrafındadır, o zaman bu risk həyəcan təbili çalmağa əsas verir.
Bu gün gənclər arasında cinsi yolla keçən yoluxucu xəstəliklırin statistikası da deməyə əsas verir ki, nikahdan əvvəl icbari tibbi müayinəyə nəzarət artırılmalıdır. Nikahdan kənar ailələrin qurulmasının və nikahdan kənar doğulan uşaqların sağlamlığı üçün preventiv və profilaktik həll mexanizmləri fikirləşərək belə ailələri tibbi müayinəyə cəlb etmək lazımdır".
Kafedra müdiri bu istiqamətdə tibbi savadlılığı, marifləndirməni gücləndirmək üçün nikahdan öncə tibbi müayinədən yayınan gənclərin sonradan qarşılaşdıqları müxtəlif uğursuzluq hekayələrini sosial çarxlar vasitəsilə KİV, sosial media vasitəsilə yayınlamağın faydasından da danışıb:
"Eyni zamanda, orta məktəblərin yuxarı siniflərində, ali məktəblərdə ailə fənləri tədris olunmalı, sağlam ailə, sağlam cəmiyyət resepti gənclərə aşılanmalıdır. Beləliklə də əgər biz sağlam gələcək və dayanıqlı ailə və cəmiyyət, sağlam genefond istəyiriksə, ailə qurarkən ilk növbədə sağlam təməl üçün tibbi müayinədən keçməliyik.
Övladlarımızın sağlamlığına maneə törədən irsi qan xəstəlikləri və yolxucu xəstəlik daşıyıcısı olduğumuz halda ilk növbədə sağlamlıq haqqında düşünməliyik. Əks təqdirdə xoşbəxt olmaq mümkünsüzdür. Xoşbəxtlik isə bəşər övladının əbədi arzusudur. Ancaq sağlam təməl üzərində qurulan ailə xoşbəxt ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 876 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
1 noyabrQonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
1 noyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
1 noyabr