Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir? - FOTO

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir? - FOTOHazırda dünyada meyvə-tərəvəzin markalaşaraq bazarlara çıxarılması halları geniş yayılıb. Ancaq buna Azərbaycanda çox az rast gəlinir.

"Report" meyvə-tərəvəz istehsalçılarının məhsullarını brendləşdirərək bazarlara çıxarmaqdan çəkinməsinin səbəbini araşdırıb.

Bu məsələni şərh edərək Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov qeyd edib ki, markalaşma həm istehlakçılar üçün, həm də şirkətlər üçün faydalıdır:

"Marka firmanın məhsullarını başqa firmaların məhsullarından ayıraraq onu fərqləndirir və müştərilər tərəfindən seçilməsini, satış bazarlarının genişlənməsini təmin edir".

Ekspert deyib ki, markanın istehlakçılar üçün faydalarını, məhsulun mənbəyini göstərir, onun haqqında məlumat verir, bu isə, öz növbəsində istehlakçıya güvən verir: "Bir sözlə, istehlakçı marka ilə özünü ifadə edə bilir və əlavə dəyər yaradır".

Azərbaycanda markalaşma səviyyəsi çox aşağıdır

"Markalaşmanın faydalarından da görmək olar ki, markalaşma təkcə yüksək rəqabətli bazarlar üçün deyil, bütün bazarlar üçün böyük əhəmiyyət kəsb edir. Markalaşma istehsalçının rəqabət üstünlüyünü təmin edir və bazarda rəqabət qabiliyyətliliyi artırır", - deyə R. Orucov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda markalaşma səviyyəsi çox aşağıdır:

"Lakin son illər istehsalçılar arasında bu sahəyə marağın artmasının şahidi oluruq" .

R.Orucov hesab edir ki, Azərbaycanda məhsulların brendləşərək təqdim edilməsi, daha çox ixrac yönümlü məhsullarda müşahidə edilir:

"Ölkənin daxili bazarında vahid bir brend adı altında məhsullarını təqdim edənlər çox azdır".

O qeyd edib ki, bunun bir sıra səbəbləri var:

"Bizim istehlak bazarımızın 95%-i kiçik pay torpaqçıların payına düşür. Pay torpaqları 2,5 hektardan çox deyil. Belə torpaq sahəsində isə istehsal edilən məhsulun istehlak bazarında brendləşərək çıxış etməsi çox çətindir".

Dünyadakı təcrübədən misal gətirərək ekspert bildirib ki, böyük market şəbəkələri kiçik istehsalçılarla müqavilə bağlayırlar və istehsal edilən məhsulun brendləşmə xərclərini market üzərinə götürür:

"Bu məhsullar məhz marketlərin adları, yaxud da onların brendləri adı altında alıcılara təqdim edilir. Bu təcrübə bizim ölkədə geniş yayılsa, çox gözəl olardı".

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib ki, nar istehsalçıları arasında da məhsullarını brendləşdirənlər çox azdır:

"Ümumiyyətlə, iki-üç şirkət məhsullarını brendləşdirərək təqdim edir. Brendləşdirilmiş məhsullarını istehsalçılar adətən ixrac edir".

O, nar istehsalçılarının brendləşməyə maraq göstərməməsinin səbəbini fermerlərin müstəqil bazarlara çıxışının olmaması ilə izah edir:

"Fermer müstəqil bazarlara çıxmayanda onlar barədə məlumatsız olurlar. Məsələn, Rusiyada və digər ixrac olunan ölkələrdə hər hansı bir satış kanalı narın daşınması zamanı zədə almaması üçün məhsulun 4 qablaşma mərhələsinə əməl olunmasını üstün tutur. Bunlar, paletlərin düzülməsi, yeşiklərin yığılması, violların yeşiklərə yerləşdirilməsi və yeşiklərin salafanla bükülməsidir".

F.Qaraşov vurğulayıb ki, bu cur əlaqələrin qurulduğu zaman fermer də öz məsuliyyətini dərk edir və belə olan halda satış kanalı formalaşır:

"Qarşı tərəfin tələblərini yerinə yetirəndə isə artıq istehsalçı da məhsullarını brendləşdirərək təqdim edir. İstehsalçı məhsulları xüsusi qablaşdırmada göndərəndə artıq məhsulun maya dəyəri artır, satış kanalı isə həmin artan xərci ödəyir. Lakin Azərbaycanda marketlərin əksəriyyəti narı adi formada tələb edir, xüsusi brendləşdirilməsi ilə bağlı tələbləri yoxdur".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1782   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr