Günün "qəhrəman"ına çevrilən Elmar Məmmədov kimin oğludur? - Şok faktlar
Bu gün gözlənilmədən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək ölkə gündəminə çevrilən, bu dəqiqələrdə rəsmən təqdiqlənməsə də həbs xəbəri yayılan Elmar Məmmədovun kimliyi cəmiyyətdə böyük maraq doğurur.
Onunla bağlı bəzi yeni məlumatları əldə edib.
İctimaiyyətin bu məsələyə diqqətini nəzərə alaraq Elmar Məmmədov haqda məlum olan və olmayan informasiyanı oxuculara təqdim edirik:
Azərbaycanın bank sektorunda məşhur sima kimi tanınmamağına baxmayaraq bu adam son bir neçə ildə ildırım sürətilə irəliləyib. Məlum olduğu kimi, dövlətin pul siyasətinin həyata keçirildiyi əsas bankn rəhbəri vəzifəsinə gətirilib.
Əslində isə Elmar Məmmədov sıradan biri deyil. Belə ki, eks-sədr "Azərsığorta" Dövlət Şirkətinin rəhbəri, Azərbaycanda "Sığorta Mamed" kimi tanınan Məmməd Məmmədovun oğludur.
Onun eyni zamanda "Azərişıq" ASC-nin rəhbəri Baba Rzayevlə quda olduğu da məlum olub. Elmar Məmmədov bu ilin yayında qızını Baba Rzayevin oğluna ərə verərək onunla qohum olub.
Elmar Məmmədovun qardaşı, vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan Əhməd Məmmədov isə "AzərTürkBank"ın VİP filialının müdiridir.
ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri Maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır.
Məmmədov Elmar Məmməd oğlu 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1994-cü ildə isə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub. O, bir müddət "Kapital Bank" ASC İdarə Heyətinin sədri vəzifəsində də çalışıb.
Ailəlidir, bir övladı var.
Qeyd edək ki, "Qafqazinfo"nun daha öncə yaydığı məlumata əsasən, Beynəlxalq Bankın sədrinin "qara bazar" olayına birbaşa rəhbərlik etməsi ilə bağlı ciddi məlumatlar var. Bu hadisənin üstü açılandan sonra isə ən üst səviyyədə E. Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.
Qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5387 Tarix: 08 dekabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi
Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl
16 dekabrTovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub. APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb. Hazırda araşdırma aparılır. 09:04. Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb. Bu barədə Qaynarinfo-y
16 dekabr"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat
15 dekabrBakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunl
16 dekabrVelosipeddən yıxılan 9 yaşlı oğlan öldü
Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində baş verib. 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb. Nəticədə H.Baxşəliyevin başı daşa dəyib və o, hadisə yerind
15 dekabrMilli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Türkiyə Müdafiə Nazirlikləri arasındakı Anlaşma Memorandumunun, o cümlədən Azərbaycanla Ruanda arasındakı Sazişin təsdiqi də daxil olmaqla ümumilikdə 10 məsələ daxil edilib. Plenar icla
16 dekabrNazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama
Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs
15 dekabrBakıda əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazidə...
Bakı şəhərində keçmiş sənaye fəaliyyəti nəticəsində çirklənmiş göllərin mərhələli şəkildə təmizlənməsi nəzərdə tutulur. -in əldə etdiyi məlumata görə, yaxın 20 il ərzində ekoloji bərpaya ehtiyacı olan əsas su hövzələri müəyyən edilib. Plana əsasən Böyükşor, Xocahəsən, Qu və Bülbülə göllərinin təmizlənməs
15 dekabr