Mənzil kirayə verənlər niyə müqavilədən YAYINIRLAR?

Mənzil kirayə verənlər niyə müqavilədən YAYINIRLAR?"Bir çox hallarda mənzil kirayə götürənlə kirayə verən arasında müqavilə imzalanmır. Ona görə ki, həm ev sahibi, həm də ortada vasitəçilik edən makler əldə etdikləri gəlir müqabilində dövlətə vergi ödəməlidir. Bundan yayınmaq üçün ev sahibləri kirəyə götürənlə qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili ona verirlər".

Bu sözləri Bizim.Media açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, əgər müqavilə bağlanarsa, o zaman həm makler, həm də sahibkar öz fəaliyyətini hüquqi müstəviyə daşıyacaq:

"Beləliklə, onların gəlirləri barədə məlumat əldə olunur və bundan da vergi tutulur. Ancaq müqavilə olmadığı üçün gələcəkdə çox ciddi problemlər yarana bilər. Bəzi hallarda makler tərəfləri aldadır. Yaxud, kirayəçinin əslində evin öz sahibi olmadığı ortaya çıxır.

Buna görə də, kirayə götürmək istəyən şəxs ilk növbədə evin sənədlərinə baxmalı və birbaşa evin sahibi ilə görüşməli və müqavilə bağlamalıdır. Əgər başqa bir şəxs evin sahibini əvəz edirsə, o zaman mütləq onun adına etibarnamə verilməlidir. Ona görə ki, başqa bir şəxsin kiminsə evini kirayə vermək hüququ yoxdur.

Digər tərəfdən, əgər hər şey hüquqi cəhətdən həll olunursa və müqavilə bağlanırsa, o zaman onların vəzifə və öhdəlikləri də əks olunmalıdır. Bununla belə, gələcəkdə aralarında hansısa problem yaranarsa, tərəflərdən biri şikayət etmək hüququ əldə edir. Yaxud da, tərəflər qeyri-rəsmi razılaşma əldə ediblərsə, bu hüquq olmur".

Müsahibimiz vurğulayıb ki, bu problemlərin aradan qalxması üçün əhalinin iqtisadi maariflənməsinə ehtiyac var:

"Evini kirayə verən başa düşməlidir ki, sənədsiz və hüququ əsas olmadan belə addım atmaq ona baha başa gələ bilər. Belə ki, kirayənişin evinə zərər vura və ya digər məqsədlər üçün istifadə edə bilər. Hətta mənzilində hansısa cinayət hadisəsi baş verə bilər".

Problemin inzibati cəhətdən də həlli olduğunu söyləyən müsahibimiz, bunun uzun müdddətli məsələ olduğunu diqqətə çatdırdı:

"Əslində bunun yoxlamasını müvafiq dövlət qurumları həyata keçirməlidir. Əgər ev şəxsə kirayə müqaviləsi olmadan verilirsə, ev sahibi cərimə olunmalıdır. Vətəndaşlar da bunu anlamalı və gələcəkdə problemin olmaması üçün bütün razılaşmalar sənəddə əksini tapmalıdır.

Beynəlxalq təcrübədə bu cür təcrübə var. Belə ki, vətəndaş öz mənzilini kirayə verən zaman müqavilədə əşyaları qeyd edir, hətta təzminatla bağlı məbləğ müəyyən olunur. Əgər kirayə qalan şəxs evdən çıxan zaman əşyalara və ya mənzilə zərər vurarsa, bu, həmin məbləğdən çıxılır. Məhz bu istiqamətdə müəyyən təkmilləşdirmələrin aparılmasına ciddi ehtiyac var. Tərəflər üçün ən doğru yol, vergini vermək və müqaviləni qanuni şəkildə bağlamaqdır".

Kirayə müqaviləsində nəzərdə tutulan verginin 14 faiz həcmində olduğunu söyləyən ekspert hesab edir ki, müvafiq dövlət qurumları bunu bir qədər azalda bilər:

"Əslində, bu həcm elə də böyük məbləğ hesab edilmir. Ona görə ki, mənzili kirayə vermək də sahibkarlıq fəaliyyəti hesab olunur. Mövcud qanunvericiliyə əsasən, sahibkarıqla məşğul olan istənilən şəxs dövlətə vergi verməlidir".

V.Oruc onu da vurğulayıb ki, müqavilə olmadığı üçün bəzi hallarda ev sahibi kirayədə qalan şəxsi ya səbəbsiz evdən çıxarır, ya da evin qiymətini artırır:

"Yaxud da ayın sonuna yaxın kirayənişin növbəti ayın pulunu ödəmədən və xəbərdarlıq etmədən evi tərk edir. Belə hallarla bağlı bizə də müraciətlər edilir. Biz onları polis orqanlarına yönəldirik. Bu zaman araşdırma aparılır, müvafiq şahidlər dinlənilir və ona uyğun qərarlar verilir. Ancaq müqavilə olarsa, araşdırma aparmaq daha rahatdır, çünki, sənəddə hər şey əks olunub. Əgər müqavilə müddətində ev sahibi səbəbsiz yerə şəsxi evdən çıxara, yaxud kirayə haqqını artıra bilməz. Deməli, müqavilə hər iki tərəf üçün uğurlu variantdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1899   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr