Artıq nisyə mal ala bilməyəcəyik? - ARAŞDIRMA

Artıq nisyə mal ala bilməyəcəyik? - ARAŞDIRMA"Kredit büroları haqqında" qanuna edilən dəyişiklik insanlar arasında çaşqınlıq yaradıb. Nisyə ticarət edənlərlə bağlı cərimələrin tətbiqini nəzərdə tutan məlum dəyişikliyin hədəfi və əhatə dairəsi isə tam başqadır. Ekspertlər düşünürlər ki, bu qanun kredit fəaliyyətlərinin daha şəffaf həyata keçirilməsinə gətirib çıxaracaq. Lakin bu şəffaflıq qiymət artımlarına da səbəb ola bilər.

Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı yeni cərimələr müəyyənləşib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, "Kredit büroları haqqında" qanunun tələblərinə uyğun kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna müəyyən olunmuş qaydada, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək cərimə ediləcəklər.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

Neqativ məlumatları məhkəmələr də ötürməlidirlər

Hüquqşünas Ceyhun Cəfərli qanunun niyə qəbul olunduğunu, nəyə xidmət etdiyini açıqladı. Bildirdi ki, bu qanun təşkilatların, şirkətlərin özünə faydalıdır:

"Kredit büroları haqqında" qanun 2016-cı ildə qəbul edilib. Bu qanunun qəbul edilməsində məqsəd hüquqi və fiziki şəxslərin kredit öhdəlikləri üzrə, cari və ödənilmiş borclarının, ipoteka, girov, saxlanc haqqında məlumat bazasının yaradılması, beləliklə, sabit maliyyə siyasətinin formalaşdırılması idi. Fiziki və hüquqi şəxsin borc öhdəlikləri barədə məlumatların hamısı kredit bürolarına ötürülməlidir. Bu məlumatlar portala elektron qaydada yüklənməlidir. Kredit büroları məlumatları toplayan, saxlayan, analiz edən təşkilatdır. O, bunları Mərkəzi Bank, sığorta şirkətləri, təkrar sığortaçılar - lizinq təşkilatları, kommunal xidmətlər göstərən təşkilatlar, rabitə xidmətləri, mobil operatorlar, mənzil-tikinti kooperativləri, iri ticarət mərkəzləri və lombardlardan toplayır. Məsələn, bir bank sizə kredit vermək istəyir və ya lizinq şirkəti avtomobil satır. Həmin şirkət haradan bilsin ki, maliyyə məsələləri ilə bağlı pozitiv və neqativ məlumatlarınız necədir? "Kredit büroları haqqında" qanunda var ki, neqativ məlumatları məhkəmələr də ötürməlidirlər. Məsələn, şəxs aliment borcunu, yaxud zərər vurmaqdan irəli gələn bir borcu ödəmir. Bu halda ona digər yerlərdə də kredit verilmir. Bu, insanların maliyyə intizamını gücləndirmək, məsuliyyət yaratmaq üçündür".

Qanun məişət tipli nisyə mal satışına aid deyil

Hüquqşünas qeyd etdi ki, qanunda anlaşılmayan məsələ onun kimlərə şamil olunmasıdır. Bəzi insanlar elə bilirlər ki, bu, məişət tipli nisyə mal satışına da aiddir. Əslində isə burada müqavilə ilə kredit verən təşkilatlar nəzərdə tutulur:

"Bu dəyişiklik qanunun tətbiqi zərurətindən irəli gəlir. Yəni, bir çox təşkilatlar qeyd olunan məlumatların açıqlanması tələbindən yayınırdılar. Amma unutmayaq ki, bu məlumatlardan yenə də şirkətlər özləri qarşılıqlı şəkildə faydalanacaq. Belə halda sabit maliyyə siyasəti həyata keçiriləcək. Şəxslərin maliyyə imkanlarına çıxışı bu məlumatlardan asılı olacaq. Həmçinin, məhkəmələrə qədər gedib çıxan məsələlərin də sayı azalmış olacaq. Sahibkarlar da qorunmuş olacaqlar. Lakin bu qanun kiçik sahibkarlara, məhəllə marketlərinə yox, qanuni müqavilə ilə tənzimlənən, rəsmi şəkildə nisyə mal satan şəxslərə aiddir".
"O demək deyil ki, nisyə satış olmayacaq"

İqtisadçı Eyyub Kərimli şirkətlərin niyə qanuna əməl etmədikləri məsələsinə aydınlıq gətirdi. Onun sözlərinə görə, onlar bunu edərək məhsulun üzərinə faiz əlavə edib, əlavə gəlir qazanırlar:

"Bu qanun insanlar arasında ajiotaj yaradıb. Amma əslində məsələnin fiziki şəxslərə çox da aidiyyəti yoxdur. Kimsə rayonda nisyə mal satırsa, bu qanun onlara qarşı yönəlməyib. Bu, əsasən kreditlə işləyən hüquqi şəxslərə şamil edilir. Əslində kreditlə mal satanlar üzərində gəlir götürürlər, lakin bunu elə qeyd edirlər ki, guya nisyə satışdır, əlavə pul qoymurlar. Vergidən yayınma üçün nisyə satış kimi qeydiyyata alırlar və vergi orqanlarına belə təqdim olunur. Bu halda onlar nisyə satdıqları məhsulu daha baha satırlar, üzərinə əlavə faiz qoyurlar və onun gəlirlərini gizlədirlər. Yəni, kredit kimi göstərmirlər. Bu qanun həmin halların qarşısının alınması üçündür. O demək deyil ki, nisyə satış olmayacaq. Sadəcə, məlumatların təqdim edilməməsinə görə cərimələr nəzərdə tutulub. Qanun barəsində məlumat az olduğu üçün insanlar arasında ajiotaj yaranır".

Ekspertin fikrincə, əgər təşkilatlar məlumatları düzgün ötürərlərsə, bu halda qanun düzgün işləyəcək və insanların kredit məlumatları daha aydın şəkildə göstəriləcək:

"Bu dəyişiklik vətəndaşlara təsir etməyəcək. Vergidən yayınma hallarının qarşısı alınacaq. Artıq vətəndaş hər hansı bir mağazadan, yaxud digər bir yerdən kreditə məhsul alanda rəsmi kredit tarixçəsində əks olunacaq ki, şəxsin krediti var".

Məhsulları kreditlə daha baha əldə edəcəyik

İqtisadçı dedi ki, bu yeniliyin tətbiqindən sonra bəzi sahibkarlar bazardan çıxacaqlar, lakin bu, iqtisadiyyata təsir etməyəcək:

"İndiyə qədər qeyri-rəsmi fəaliyyət göstərən kommersiya subyektləri ya fəaliyyətlərini rəsmiləşdirəcək, ya da işlərini dayandıracaqlar. Fəaliyyətini rəsmiləşdirməyən sahibkarlar bu sahədə artıq işləyə bilməyəcəklər. Lakin bazar böyük sarsıntı yaşamayacaq. Çünki əksər hallarda daha çox böyük şirkətlərin bu fəaliyyətlə məşğul olduğunu görürük. Onların da fəaliyyətlərini məhdudlaşdıracağını düşünmürəm. Bu baxımdan hesab etmirəm ki, istehlakçıya təsir etsin. Əksinə, istehlakçı daha zəmanətli, keyfiyyətli xidmət əldə edəcək. Sadəcə, qiymətlərdə artım müşahidə edilə bilər. Kreditlə olan məhsulları bir az baha əldə edəcəyik. Çünki rəsmiləşdirmədə xərclər artacaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4453   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr