Kənd təsərrüfatı ilə bağlı müəyyən güzəştlər ediləcək? - ARAŞDIRMA

Kənd təsərrüfatı ilə bağlı müəyyən güzəştlər ediləcək? - ARAŞDIRMA2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 109,9 milyon manat olması nəzərdə tutulur. Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,7 faiz azdır. Qeyd edək ki, ötən il kənd təsərrüfatına 1 milyard 202 milyon 142 min 802 manat pul ayrılıb.

Ölkədə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərildiyi şəraitdə bu sahəyə büdcə ayırmalarının azaldılmasının səbəbi nədir? Bəzi ekspertlər Azərbaycanda kənd təsərrüfatı xərclərinin azaldılmasını gələn il dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə qarşılıqsız verilən maliyyə vəsaitinin aşağı olacağı ilə əlaqələndirirlər.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqalə dərc edib.

Xərclərin azalmasını subsidiyalarla əlaqələndirmək düzgün deyil

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, 2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin azaldılmasını subsidiyaların azalması ilə əlaqələndirmək düzgün deyil:

"Əkinçilik və məhsuldarlıq subsidiyalarında azalma yox, artım var. Subsidiyaların miqdarı ötən illə müqayisədə yüksəkdir. Açıqlanan rəqəmlərdən də görünür ki, azalma müşahidə edilmir. Kənd təsərrüfatı sahəsində çalışanların əməkhaqqılarında və digər xərclərdə də ciddi dəyişiklik olmayacaq. Əvvəlki illərdə büdcədən infrastrukturla bağlı xərclər çox ayrılmışdı. Bu il nazirliyin yeni binasının da açılışı olub. Çox güman ki, artıq infrastrukturla bağlı optimallaşma olub və ehtiyaclar azaldılıb".

Hansı xərclərin azaldılması nəzərdə tutulur?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə, dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan xərclərin azaldılması ilə bağlı deyilənlər düzgün deyil:

"Səslənən fikirlərin heç bir əsası yoxdur. Kənd təsərrüfatına ayrılan xərclərin azaldılması və bu sahənin inkişafına mənfi təsiri barədə fikirlər yayılır. Əslində, dövlət büdcəsindən kənd təsərrüfatının inkişafına yönəldilən xərclərdə heç bir azalma yoxdur. Taxılçılıqla bağlı müəyyən əlavə tədbirlər nəzərdə tutulmuşdu. Onlar müəyyən qaydada həyata keçirilib və həmin xərclərin azaldılması planlaşdırılır. Bu da kənd təsərrüfatı sahəsinə ayrı-ayrı xərclərin əmsalına öz mənfi təsirini göstərə bilməz. Bu gün aqrar sektorun inkişafı dövlət başçısının diqqət mərkəzindədir. Bu sahədə keçirilən bir çox tədbirlər göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Həmin tədbirlərin təmin olunması üçün dövlət hər cür imkan yaradıb".
Aqrar sektorun inkişafı əsas vəzifədir

Deputat vurğulayıb ki, kənd təsərrüfatına ayrılan vəsaitin düzgün xərclənməsi və ehtiyac olan hallarda dəyən ziyanın ödənilməsi diqqət mərkəzindədir:

"Təbii fəlakət və digər hallarla əlaqədar sahibkarlara dəyən ziyanın ödənilməsi də dövlətin diqqətindədir. Bildiyiniz kimi, bu il bir çox rayonlarımıza dolu düşdü, sel gəldi. Nəticədə kənd təsərrüfatına ciddi ziyan dəydi. Bununla bağlı hökumətin tədbirləri var və sistemli şəkildə həyata keçirilir. Dövlət tərəfindən də müəyyən maliyyə vəsaitlərinin təsərrüfata yönəldilməsi ildən-ilə artır. Bu da onu göstərir ki, aqrar sektorun inkişafı əsas vəzifə kimi qarşıya qoyulub. Növbəti illərdə bir çox güzəştlərin edilməsi bu sahənin inkişafına daha da imkan yaradacaq".

Maliyyə Nazirliyi tərəfindən bildirilib ki, kənd təsərrüfatına xərclərin azaldılması ilə bağlı Milli Məclisdə müzakirələr başlayanda bu məsələlər izah olunacaq və şərhlər veriləcək.

Kənd təsərrüfatı ilə bağlı müəyyən güzəştlər ediləcək?

İqtisadçı ekspert Rauf Qarayev bildirib ki, xərclərin azaldılması inflyasiyanın aşağı düşməsi ilə bağlı ola bilər:

"Çünki Mərkəzi Bank gələn il üçün inflyasiya həddinin daha aşağı olmasını nəzərdə tutur. Bu, təxmini altı faiz nisbətində olmalıdır. Digər tərəfdən, vergi güzəştlərinin tətbiqi nəticəsində gözləntilərin olmasıdır. Yəni, artıq xərclərin azalması və gəlirlərin çoxalması planlaşdırılır".

Ekspert əlavə edib ki, 2024-cü ildə kənd təsərrüfatı ilə bağlı müəyyən güzəştlər də nəzərdə tutulub:

"Həmin güzəştlər nəticəsində gəlirlərin artması gözlənilir. Ola bilər ki, əkin sahələrinin sayının azalması xərclərə təsir edib. Çünki kənd təsərrüfatında su və digər problemlər də mövcuddur. Nəticədə məhsulların gözləntilərdən az olması xərclərin də azaldılmasına gətirib çıxara bilər".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1560   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr