O gecə yenə Gəncə, yenə terror... - 05.10.2020
Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından üç il ötür.
Sonxeber.az xəbər verir ki, ermənilərin atdığı raket 2020-ci ilin oktyabrın 5-i Gəncə şəhərində sakinlərin yaşadığı fərdi yaşayış evlərinə düşüb.
Terror nəticəsində üç mülki şəxs yaralanıb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunan Qarabağda qondarma rejimin "prezident"i olmuş Arayik Arutyunyan ötən gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, 2020-ci ilin oktyabrın 4-də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 779 Tarix: 05 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda insanlar ən çox bu yaşda ölürlər
2025-ci ildə Azərbaycanda 59834 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, ötən il qeydə alınmış ölüm sayı 2024-cü illə müqayisədə əhalinin hər 100 nəfərinə 5,8 olub. Bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb. Rəsmi statistikaya görə
23 fevralÖtən ay avtomobil nəqliyyatı ilə 150 milyona yaxın sərnişin daşınıb
Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,
21 fevralAzərbaycanda müəllim həbs edildi
Mingəçevirdə orta məktəb müəllimi həbs edilib. -a istinadən xəbər verir ki, Mingəçevir şəhər 11 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rasim Məmmədov (soyad şərtidir - red.) dələduzluqda ittiham edilib. O, vətəndaşların etibarından sui-istifadə edərək, onlardan xeyli miqdarda pul alaraq mənimsəyib
23 fevralBakının mərkəzində minlərlə ev SÖKÜLƏCƏK
Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir. Hazırda isə Yasamal rayonunu
22 fevralSabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, gecə və səhər bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şər
23 fevralSəhər saatlarında Bakıda obyektdə partlayış oldu
Fövqəladə Hallar Nazirliyi səhər saatlarında paytaxtın Nizami rayonu, Elşən Suleymanov küçəsində mağazada baş verən partlayış hadisəsi ilə bağlı yeni məlumat yayıb. Qurumdan -a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələr
23 fevralAzərbaycanın bir sıra rayonlarına qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərd
22 fevral