"Efirlərimiz zir-zibildən təmizlənməli, peşə etikası olan insanlara həvalə edilməlidir" - AÇIQLAMA
Son günlər televiziya efirində baş verənlər, aparıcıların davranış tərzi və verilişlərin məzmunu ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.
Xüsusilə bəzi proqramlarda müşahidə olunan qalmaqallı üslub, etik sərhədlərin aşılması və şəxsi məsələlərin nümayişkaranə şəkildə müzakirəsi cəmiyyətdə narazılıq doğurur. Bu fonda media mühitinin keyfiyyəti və aparıcıların peşə məsuliyyəti yenidən gündəmə gəlir.
Mövzu ilə bağlı belə bir sual ortaya çıxır: Aparıcılarımız kifayət qədər media savadlılığına sahibdirlərmi?
Media eksperti Azər Həsrət bu barədə Sonxeber.az -a açıqlama verib:
"Aparıcılarımızdan danışarkən əvvəlcə kateqoriyaları ayırmaq lazımdır. Peşəkar televiziya kanalları və onların peşəkar aparıcıları var. Bu aparıcılarla bağlı cəmiyyətdə demək olar ki, heç vaxt ciddi irad səslənmir. Çünki onlar sözlərinin məsuliyyətini anlayır, efir mədəniyyətini qoruyur, özlərini və qonaqlarını düzgün təqdim etməyi bacarırlar.
Amma bir qrup da var ki, özünü aparıcı adlandırır. Aparıcılıq iddiasında olsalar da, efirdə davranışları bu peşənin prinsiplərinə uyğun gəlmir. Söhbət təkcə qadın aparıcılardan getmir - kişi aparıcılar arasında da eyni üslubu sərgiləyənlər var. Çağır-bağır, dedi-qodu, ara vurmaq, qeybət etmək, ağızlarına gələni danışmaq artıq bəzi verilişlərin "formatına" çevrilib. Ailə daxili məsələlərin ən məhrəm detallarla efirə daşınması isə nə peşəkarlıqdır, nə də televiziya mədəniyyəti. Bu cür yanaşma tamaşaçıda ikrah doğurur, efirin nüfuzunu zədələyir.
Belə hallarda tez-tez "media savadlılığı" anlayışı gündəmə gəlir. Ancaq məsələ təkcə savad məsələsi deyil. Media savadlılığı o şəxslərə aşılanar ki, efirin məsuliyyətini dərk etməyə hazır olsunlar. Əgər məqsəd yalnız daha çox baxış toplamaq üçün səs tonunu qaldırmaq, etik sərhədləri aşmaq və qalmaqal yaratmaqdırsa, burada problem bilik çatışmazlığından daha dərindir. Bu artıq peşə məsuliyyətinə və şəxsi yanaşmaya bağlı məsələdir.
Cəmiyyətə mənfi örnək olan, efir mədəniyyətini aşağı salan bu cür yanaşmaların qarşısı alınmalıdır. Televiziya ictimai məsuliyyət daşıyan platformadır və orada yayımlanan hər söz, hər davranış birbaşa təsir gücünə malikdir. Efirlərimiz zir-zibildən təmizlənməli, məsuliyyətini anlayan, peşə etikası olan insanlara həvalə edilməlidir.
Eyni zamanda qeyd etmək lazımdır ki, bu tənqid bütün televiziya kanallarına şamil edilmir. Ölkəmizdə kifayət qədər samballı və peşəkar fəaliyyət göstərən kanallar var. Məsələn, "Real TV" xəbər kanalı olaraq ciddi və balanslı yayım siyasəti ilə seçilir. "İctimai TV" və "AzTV" də efir mədəniyyətini qoruyan, səviyyəsizliyə yol verməyən kanallar sırasındadır. Bu platformalarda peşəkarlıq və məsuliyyət əsas prinsiplər kimi qorunur.
Tənqid konkret olaraq bəzi kanallarda müşahidə olunan yanaşmaya yönəlib. Efirə kimin və hansı meyarlarla çıxarıldığı sualı isə ayrıca müzakirə mövzusudur. Televiziya işi təsadüfi adamlara deyil, bu sahənin ağırlığını və təsir gücünü anlayan peşəkarlara tapşırılmalıdır. Çünki efir sadəcə ekran deyil - ictimai şüura açılan pəncərədir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 23 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrAzərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd
31 oktyabrBu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabr