Ankara terroru və İranın ASALA-ya dəstəyi... - Haray

Ankara terroru və İranın ASALA-ya dəstəyi... - Harayİkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərinin keçirildiyi ərəfədə İsrailin Azərbaycanın yanında olması İranın xoşuna gəlmədi. Buna görə də Tehran rejimi ASALA terror təşkilatı vasitəsi ilə İrəvandakı yəhudilərə qarşı belə bir hücuma əl atdı. Bilirik ki, İran bu terror təşkilatının arxasında dayanır.

Bu sözləri Axar.az-a güneyli jurnalist Məsud Haray İrəvanda yəhudilərin sineqoquna edilən hücum haqqında danışarkən deyib.

O bildirib ki, İran–Ermənistan dostluq münasibətləri belə bir ehtimalın yüksək olmasına əsas verir:

"ASALA və digər terror qrupları ilə Tehran rejiminin yaxın əlaqələrinin olması heç kimə sirr deyil və bu, dəfələrlə sübut olunub. İranda ASALA-nın komandiri Daruş Şayiqanın dəfnində İran nazirləri iştirak ediblər. Bu isə birbaşa İranın ASALA-nı dəstəklədiyi anlamına gəlir.

Tehran rejimi dəstəklədiyi terror qruplarını yenidən canlandırmaq niyyətindədir. Keçən həftə İran rejimi İraqdakı kürd terror təşkilatlarına tərki-silah olmaları haqqında əmr verdi. Sonra onun ardınca PJAK rəhbəri "İranın bütövlüyü bizim qırmızı xəttimizdir. İranda mövcud hökumət davam etməlidir. Biz İranın qulluğundayıq" - deyə Tehran hökumətini dəstəkləyən bir bəyanat verdi. Hətta açıq şəkildə qeyd etdi ki, Türkiyə onların düşmənidir. Bir neçə gündən sonra isə PKK tərəfindən Ankarada terror hadisəsi törədildi. Bu hadisələrin ardıcıllığına və bir-biri ilə əlaqəsinə baxanda aydın olur ki, İran bütün proksi qüvvələrini bir araya gətirmək və Zəngəzur bölgəsinə yerləşdirmək niyyətindədir".

O, erməni separatçıların İranda təlimə cəlb edilməsinə də toxunub:

"Hətta Qarabağ bölgəsindən qovulan erməni separatçılarının da İranda silahlı təlim keçirilməsinə şahid olduq. Tehran rejimi dəstəklədiyi terror qruplarını Zəngəzur bölgəsinə cəm edib, orada yenidən ASALA terror təşkilatını gücləndirməyə çalışır. Məqsədi bu güclərin vasitəsi ilə Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdır".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1023   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

600-dən çox məhbusu əfv etdi

Gürcüstan prezidenti Mixail Kavelaşvili konstitusion rəsmi səlahiyyətləri çərçivəsində 600-dən çox məhbusu əfv edib. Kavelaşvili bu barədə sosial şəbəkədə yazıb. "Rəbbin zühuru pravoslav xristian bayramı ilə əlaqədar olaraq, mən konstitusiya səlahiyyətlərimdən istifadə edərək 613 məhbusu əfv etdim

19 yanvar
.

Tramp Putinlə razılaşa bilər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ukraynanın hərbi neytrallığı ilə bağlı razılığa gələ bilərlər. TASS-a istinadən xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar bildirib. Onun sözlərinə görə, əgər belə olarsa, Slovakiya bu qərarı dəstəkləyəcək. Qey

19 yanvar
.

Zelenski: 200 min avropalı əsgərə ehtiyac var

Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ən azı 200 min avropalı əsgər lazımdır. Ölkə.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Davosda Dünya İqtisadi Forum çərçivəsində "reuters"ə müsahibəsi zamanı deyib. Zelenski hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində

22 yanvar
.

Nikol Paşinyan Türkiyəyə başsağlığı verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Boludakı hoteldə baş verən yanğın səbəbilə Türkiyəyə başsağlığı verib. Qaynarinfo xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb. "Boludakı faciə nəticəsində həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralılara şəfa diləyirəm- N.Paşinyan qey

22 yanvar
.

Ərdoğan Boluya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla Bolu vilayətinə yollanır. "Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun açıqlayıb. Bildirilib ki, Ərdoğan Bolud

22 yanvar
.

Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan 2 şəxsi Türkiyəyə ekstradisiya edib

Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. "Ermənistan İnterpolun "qırmızı bildiriş" çərçivəsindəki sorğuya cavab olaraq ölkəmizdə mütəşəkkil cinayə

19 yanvar
.

Trampın kriptovalyutası bir gündə 5 dəfədən çox bahalaşdı

ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın kriptovalyutası ilə ticarətin həcmi bir gündə 11.17 milyard dollara çatıb. -ya istinadən xəbər verir ki, "$Trump" valyutasının dəyəri bir gündə 7 dollardan 38 dollara, yəni 5.5 dəfə artıb. İqtisadçılar Trampın "bitcoin"ə qeyri-məhdud azadlı

19 yanvar
.

Türkiyəni matəmə boğan hadisə ilə bağlı YENİ XƏBƏR

Türkiyənin Kartalkaya bölgəsində xizək kurortunda 76 nəfərin həyatını itirdiyi otel yanğını ilə bağlı yayımlama qadağası aradan qaldırılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarı RTÜK sədri Ebubekir Şahin açıqlayıb. "Yayım qadağasına əməl edən və məsuliyyətli davranan bütün media qurumların

22 yanvar
.

KİV: Ukrayna demoqrafik fəlakət içərisindədir

Ukrayna demoqrafik fəlakət içərisindədir. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb. Bildirilib ki, hələ müharibədən əvvəl Ukraynada böhran olsa da, Rusiyanın hərbi müdaxiləsindən sonra vəziyyət faciəvi hal almağa başladı. "Demək olar ki, yeddi milyon insa

19 yanvar