Azərbaycanda daha bir qurumda 400-ə yaxın əməkdaş İŞDƏN ÇIXARILIB - Səbəb nədir?

Azərbaycanda daha bir qurumda 400-ə yaxın əməkdaş İŞDƏN ÇIXARILIB - Səbəb nədir?Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv olunduğu üçün 400-ə yaxın əməkdaş işdən azad edilib.

Bu barədə Oxu.Az-a işdən azad olunan əməkdaşlardan biri məlumat verib.

O bildirib ki, analıq məzuniyyətində olan, həmçinin şəhid ailəsinin üzvü olan əməkdaşlar da qurumdan çıxarılandan sonra işlə təmin edilməyiblər:

"Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi 1978-ci ildə yaradılıb, 2022-ci ilə qədər öz axarında işini davam etdirirdi. İdarə daha sonra Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birləşdirildi. İdarənin adı da Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi oldu. Lakin idarə 2024-cü ilin avqust ayında ləğv edildi. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi onun tərkibindən ayrıldı, Hidrogeoloji-Meliorativ Xidmət isə tək qaldı.

Su Ehtiyatları Agentliyi yaradıldıqda onun nəzdində Su Meliorasiya qurumu və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi fəaliyyət göstərirdi. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi isə Su Meliorasiya qurumunun daxilində idi, çünki biz də yeraltı sulara nəzarət edirdik. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi baş idarə olduqdan sonra 2024-cü ilin dekabrın 29-da Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv edildi. O, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsinin tabeliyinə verildi. Təhvil-təslim işləri görüldü. İşçilərin isə işinə xitam verildi.

İndi isə SEDAM MMC adlı yeni idarə yaradılıb".
Azərbaycanda daha bir qurumda 400-ə yaxın əməkdaş İŞDƏN ÇIXARILIB - Səbəb nədir?"İşçilərin hamısı Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən işdən azad edilib. Sanki bina söküldü, hamı çöldə qaldı. 400-ə yaxın əməkdaş işdən azad edilib. Bizə öncədən gələn xəbərdarlıqdan iki gün sonra "idarənin ləğvi ilə işinizə xitam verildi" məzmunlu sənəd gəldi, hamıya da ona imza çəkdirilib. Əksəriyyətin məzuniyyət və kompensasiya pulu ödənilib. Lakin 40-a yaxın işçinin kompensasiya pulu ödənilməyib. Biz də belə güman edirik ki, kompensasiyası ödənilən işçilər yenidən işə çağırılmayacaqlar, ödənilməyənlər isə işə çağırılacaqlar. Bütün hər şey sənədləşmiş formada olduğu üçün heç kim də haqqını tələb edə bilmir. İdarəni niyə ləğv etmişik, bilmirik", - deyə işçi bildirib.
Azərbaycanda daha bir qurumda 400-ə yaxın əməkdaş İŞDƏN ÇIXARILIB - Səbəb nədir?Məsələ ilə bağlı Oxu.Az-ın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğusuna cavab olaraq bildirilib ki, işçilərin bir qisminin agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur:

"Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli Fərmanına əsasən, "Azərsu" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi yaradılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ və "Regional Su Meliorasiya Xidməti" PHŞ-nin strukturu və ştat cədvəli təsdiq edilib.

Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır.

İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr ləğv edilib birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir".

Qanunvericiliyin tələblərinə əsasən, bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunurlar. İşçilərin bir qisminin agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur".

Xatırladaq ki, daha öncə Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaş (metodist), Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş (metodist), Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4088   Tarix: 21 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr