Xalq artistindən Pərvin Abıyevaya SƏRT REAKSİYA – "Qadına yaraşan fikirlər deyil"
Aktrisa Pərvin Abıyeva növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Pərvin qonaq olduğu "Qapqara" verilişində şəxsi həyatından söz açıb. Bildirib ki, nə oğluna, nə də qardaşına özü kimi qızı almaz:
"Mənə sual verəndə ki, "Özün kimi qızı oğluna və ya qardaşına alarsan?" Yox, deyə cavab verirəm. Bu mövzuda valideynləri qınamaq olmur. Çünki mənim üzüm üzlər görüb. Həyatımda nələr görmüşəm, yaşamışam, bilmişəm, eşitmişəm…"
Pərvin Abıyevanın bu fikirləri sosial şəbəkələrdə ciddi müzakirələr səbəb olub. Çoxları səsləndirdiyi fikirlərə görə aktrisanı qınayıb.
Pərvin Abıyevanın sözügedən fikirləri ilə bağlı Bizim.Media-ya açıqlama verən Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov bildirib ki, bu vəziyyət günümüzün faciəsidir:
"Bu gün kor da bilir ki, balıq şordur. Yəni balığın şor olduğunu bilmək üçün göz lazım deyil. Bu bir faktdır ki, indi hər şey şəxsi müstəvidə həll olunur. Ümumi dəyərlər, ölçülər pozulub. Hər şey şəxsi münasibətlər çərçivəsində həll olunur. Əgər sənin harasa çıxışın varsa, onda sən nəinki gündəmdə olursan, həm də öz axmaq fikirlərinlə gündəm də yaradarsan.
Pərvin Abıyevanın o cür danışması bu günümüzün və milli dəyərlərimizin faciəsidir. Bu nəinki milli dəyərlərə, heç qadına, qıza yaraşan fikirlər deyil. Cəzasız qalan əməllər, senzurasız efirlər, əxlaqsız davranışlar gətirib o vəziyyətə çıxardıb ki, efirlərdən bu cür sözlər eşidirik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrElnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
17 oktyabr"Bu, özümüzlə üzləşməkdən daha asandır"
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir
18 oktyabrİlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
6 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabr