İnflyasiyaya qarşı hansı tədbirlər görülür?

İnflyasiyaya qarşı hansı tədbirlər görülür?Azərbaycanda inflyasiya göstəricisi bu il 9 faiz, 2024-cü ildə isə 5,8 faiz səviyyəsində gözlənilir. Bu barədə Dünya Bankının "Regional Economic Outlook" hesabatında bildirilib. Bankın yaz proqnozlarına nisbətən bu gözləntilər 2023-cü ildə 0,5 faiz artıb, 2024-cu ildə isə 0,4 faiz azalıb. Sənədə əsasən, 2025-ci ildə Azərbaycanda inflyasiyanın 5,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, ötən proqnozdan 0,2 bənd azdır. Dünya Bankı qiymətlərin stabilləşəcəyini proqnoz edir, bəs əslində reallıq necədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Həm dünyada, həm də regionda inflyasiya səviyyəsi azalır

Millət vəkili Vüqar Bayramov bildirib ki, proqnozlar hökumətimizin təqdim etdiyi rəqəmlər əsasında tərtib edilib:

"Həm Dünya Bankının, həm də Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə inflyasiya səviyyəsi əvvəlki illərlə müqayisədə azalacaq. Bu həm də onunla bağlıdır ki, 2022-ci ildəki yüksək inflyasiya artımından sonra 2023-cü ildə həm dünyada, həm də regionda inflyasiya səviyyəsinin azalmasını müşahidə edirik. Dünya Bankının proqnozları onların xüsusi metodologiyası əsasında, eləcə də Azərbaycan hökumətinin proqnozları nəzərə alınmaqla hazırlanıb. Ona görə proqnozlar müəyyən uyğunluq təşkil edir".

Deputatın fikrincə, inflyasiya azalarsa, bu, istehlak bazarına da öz təsirini göstərəcək:

"Hazırda rəsmi statistikaya əsasən, 11 faizlik qiymət artımları müşahidə olunur. Amma 2024-cü ildə birrəqəmli inflyasiyanın əldə edilməsi imkanları kifayət qədər böyükdür. Çünki gələn il regionda və dünya bazarında inflyasiya səviyyəsinin azalması və idxal inflyasiyasının minimumlaşması gözlənilir. Nəticə etibarilə idxal inflyasiyasının azalması, həm də istehlak bazarındakı qiymətlərə təsir göstərəcək. İstehlak bazarında bu kontekstdən qiymətlərin müqayisəli şəkildə azalmasını müşahidə edəcəyik".

2024-cü il sabit olacaq

V.Bayramov bildirib ki, 2024-cü il daha nikbin proqnozlarla yadda qalacaq:

"Bizim proqnozlar da növbəti ildə inflyasiya səviyyəsinin səngiyəcəyi üzərindədir. Burada regional dəyişikliklərin də təsiri var. Bütün hallarda idxal inflyasiyasının hansı səviyyədə olması proqnozlara birbaşa təsir göstərəcək. Ümumilikdə, 2024-cü illə bağlı proqnozlar pozitivdir. Gələn il iqtisadiyyatla bağlı nikbin proqnozların olması bu istiqamətdə gözləntiləri daha da yüksəldir. Proqnozlara əsasən, 2024-cü il bütövlükdə iqtisadi baxımdan sabit il kimi yadda qalacaq".

Deputat qeyd edib ki, rəqəmlərin sabitləşməsi həm vətəndaşlarımıza, həm də iqtisadiyyatımıza faydalıdır:
"İnsanlarımız üçün qiymətlərin optimallaşdırılması, daha aşağı inflyasiya səviyyəsi çox vacibdir. Çünki qiymətlər nə qədər aşağı olarsa, bu, vətəndaşlarımızın ailə büdcəsinə müsbət təsir edəcək və xərclərinin azalmasına gətirib çıxaracaq".

İnflyasiyaya qarşı tədbirlər

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, inflyasiyanın səngiyəcəyi gözlənilən idi:

"Trend azalan istiqamətlidir. Çünki inflyasiyanı şərtləndirən bir sıra faktorlar artıq görülən tədbirlər nəticəsində qismən də olsa neytrallaşır. Eyni zamanda, burada baza effekti deyilən yanaşma var. İnflyasiya davamlı olaraq yüksələn səviyyədə özünü göstərə bilmir. Bir müddətdən sonra inflyasiya alıcılıq gücünün zəifləməsinin təsirləri ilə müəyyən bir məcraya yönəldilir. Bu istiqamətdə Azərbaycan hökuməti də humanitar alətlər vasitəsilə müəyyən tədbirlər görür. Bu baxımdan, bu il inflyasiya 2022-ci illə müqayisədə daha aşağı olacaq".

R.Həsənovun proqnozları inflyasiyanın ikirəqəmli olması istiqamətindədir:

"İnflyasiyanın təxminən 10-11 faiz arasında olacağını düşünürəm. Amma Mərkəzi Bankın, Dünya Bankının gözləntiləri daha aşağıdır. İndiki halda tam dəqiq olaraq hansı rəqəmlərin reallaşacağını demək çətindir. Çünki görünən ondan ibarətdir ki, əgər inflyasiya birrəqəmli olacaqsa, növbəti bir neçə ayda ölkədə deflyasiya qeydə alınmalıdır. Amma noyabr və oktyabr aylarında qiymətlərin artımı tendensiyası daha çox müşahidə olunur. Belə olduğu təqdirdə həmin aylarda deflyasiyanın qeydə alınması ehtimalı çox azdır. Bu səbəbdən, mən prosesi ikirəqəmli görürəm".

Hökumət daha sərt tədbirlər görməli olur

Ekspert qeyd edib ki, insanların rifah səviyyəsinin yüksəlməsi üçün qiymətlər azalmalıdır:

"İnflyasiya aşağı düşürsə, bu, hökumətin iqtisadi alətləri daha çevik və səmərəli şəkildə istifadə etməsi üçün imkanlar yaradır. Eyni zamanda, büdcədən xərcləmələrin, sosial paketlərin artmasına imkan yarana bilər. Bu zaman Mərkəzi Bank pul bazasını genişləndirəcək. Bütün bunların fonunda alıcılıq gücü artır və rifah yaxşıya doğru dəyişir. Bunlar bir-biri ilə tərs mütənasibdir. Çünki inflyasiya yüksək olanda hökumət məcburən daha sərt tədbirlər görməli olur. Bu tədbirlərin də nəticəsi əhalinin rifahının zəifləməsi istiqamətindədir. Amma inflyasiya azalarsa, bu, pozitiv meylli imkanlar yaradacaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2892   Tarix: 22 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr