"Prius"u polislərin üzərinə sürən şəxsə 9 il cəza verildi

"Prius"u polislərin üzərinə sürən şəxsə 9 il cəza verildi"Prius" markalı avtomobili polislərin üzərinə sürməkdə ittiham olunan 36 yaşlı Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Qurbanov özgənin əmlakını qəsdən zədələməkdə, xuliqanlıqda, qanunsuz narkotik dövriyyəsində və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Nəsimi rayonunda qeydə alınıb.

R.Qurbanov həmin gün Metronun "Əcəmi" stansiyası yaxınlığında "Toyota Prius" markalı avtomobili ilə avtoxuliqanlıq edib. Onun daha sonra polisə müqavimət göstərməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə avtomobili nömrəsiz idarə edən sürücünün yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmaması, maşını polislərin üzərinə sürməsi və DYP-yə məxsus xidməti avtomobili qəsdən vurması əks olunub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2454   Tarix: 25 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi yerlərdə intensiv və güclü yağıntılar olub, dağlara qar yağıb - FAKTİKİ HAVA

Bu gün saat 11:00 olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə intensiv və güclü yağıntılar qeydə alınıb. Dağlıq ərazilərdə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, qar örtüyünün hündürlüyü Şahdağd

5 aprel
.

Yaş salfet sexində görün əslində nə istehsal ediblər

Adana şəhərində polis, yaş salfet istehsal edən sexdə narkotik həblər istehsal edən 9 nəfəri saxlayıb. türk mediasına istinadən xəbər verir ki, araşdırma zamanı həblərin üzərinə "Nuş olsun" yazılmış metal qabda gizləndiyi müəyyən edilib. Əməliyyat nəticəsində 7 nəfər həbs olunub, 2 nəfər is

7 aprel
.

Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO

Bakının Xətai rayonu, Zığ qəsəbəsi, Elvin Şükürlü küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, yaşadıqları ərazidə sahibsiz itlərin əlindən çölə çıxmaq, üfunətdən isə nəfəs almaq olmur. Onların sözlərinə görə, çirkab suların dənizə axıdıldığı kanalın üstünün açıq olmas

5 aprel
.

Biləsuvarda iki həftədə 26 NƏFƏRİ İT DİŞLƏYİB

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbi ilə 26 müraciət daxil olub. xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib. Bildirilib ki, onlardan 13-ü kişi, dördü qadın, doqquz nəfər isə azyaşlı olub:. "Pasiyentlərin hər birinə zəruri tibbi yardı

4 aprel
.

Güclü sel Siyəzəndə körpünü uçurdu

"Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində Siyəzən-Məşrif avtomobil yolunun 11-ci kilometrliyindəki Gilgilçay üzərində yerləşən körpünün bir hissəsinin uçması ilə əlaqədar təhlükəsizlik tədbirləri görülür". Bunu -a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA

6 aprel
.

Əfqan Sadıqov Gürcüstanda saxlanıldı, Azərbaycana deportasiya olundu

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə polis əməkdaşını təhqir etdiyinə görə Azərbaycan vətəndaşı Əfqan Sadıqova qarşı İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırdığını bəyan edib. -yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in bəyanatında deyilir. DİN-in məlumatın

5 aprel
.

Şəmkirdə qanlı gecənin TƏFƏRRÜATI: 16 yaşlı gənc qətli bacısına görə törədibmiş

Şəmkirdə baş verən qətlin təfərrüatı məlum olub. Sonxeber APA-ya istinadən bildirir ki, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadənin bacısını sevirmiş. F.Paşazadə gecə saatlarında R.Quliyevə zəng edərək evlərinə çağırıb. Bu zaman tərəflər arasında mübahis

5 aprel
.

İki gənc qız oğlana görə bir-birini bıçaqlayıb - VİDEO

Sevgi mübahisəsi qanlı bitdi: iki gənc qız bir-birini bıçaqladı. Türkiyənin İnegöl rayonunda iki gənc qız arasında baş verən mübahisə qanlı insidentlə nəticələnib. xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saat 22:00 radələrində Orhaniyə küçəsində baş verib. İddialara əsasən, 19 yaşlı Cankı

7 aprel
.

Balalarını itirən qarğaların yırtıcı quşa hücumu diqqət çəkdi - VİDEO

Balalarını itirən ana və ata qarğa, yuvalarına yenidən qayıdan yırtıcı quşa qarşı hücum edərək diqqət çəkən anlar yaradıb. türk mediasına istinadən xəbər verir ki, bir neçə gün əvvəl balarını itirən qarğalar, yırtıcı quşun yenidən yuvalarının olduğu əraziyə gəldiyini görüb hərəkətə keçiblər. Ana və at

6 aprel