Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib.
Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən evə gələrkən Aytən ondan uşaq üçün yemək pulu istəyib. Şadil isə pulunun olmadığını bildirib. Məsələdən əsəbiləşən Aytən Şadillə mübahisə edib və ona qazandığı pulları əxlaqsız qadınlara xərclədiyini bildirib. Şadil isə pullarını heç kimə xərcləmədiyini deyib. Bu vaxt Aytən mətbəx bıçağı ilə Şadilə hücum edib. O, Şadili ayaq nahiyəsindən bıçaqlayıb hadisə yerindən qaçıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, araşdırmalar başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Aytən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Aytən bir müddət əvvəl də Şadili döydüyü üçün ona cinayət işi başlanılıb. Lakin Şadil həmin vaxt həyat yoldaşını bağışladığı üçün cinayət işinə xitam verilib.
Budəfəki prosesdə isə Şadil Aytəni bağışlamayıb və ona cəza verilməsini istəyib. Məhkəmənin hökmü ilə Aytənə 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 541 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14 noyabrAbort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub? - Video
Şəmkirdə abort zamanı həyatını itirən qadının yaxınları danışıblar. "Xəzər" TV-yə istinadən xəbər verir ki, mərhumun yaxınları 35 yaşlı Yeganə Əhmədovaya tibbi yardımın vaxtında göstərilmədiyini iddia edirlər. Onların sözlərinə görə, Şəmkir şəhər sakini hamiləliyini sonlandırmaq məqsədilə rayo
21 noyabrPirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar
Pirallahıda oğurluq edən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb. -ın əldə etdiyi məlumata görə, polis rayon ərazisində iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib. Müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə olunan tikilidən soyuducu və kondisioner mühərrikləri
28 noyabrGəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Gəncə şəhərinin Ş. İ. Xətai prospektində yol qəzası qeydə alınıb. "Report"un Qərb bürosunun məlumatına görə, "Ford" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2010-cu il təvəllüdlü G.Məmmədova, 2012-ci il təvəllüdlü M. Əlili xəsarət alıb. Yaralılar xəstəxanay
22 noyabrMaşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı
Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib
21 noyabrUşağına aliment ödəməyən qadın cəzalandırıldı
Gəncədə uşağına görə aliment ödəməyən qadın cəzalandırılıb. -ın əldə etdiyi məlumata görə, Hüseyn Namazov 2011-ci ildə ailə həyatı qurub və 2014-cü ildə övladı dünyaya gəlib. 2019-cu ildə H.Namazovla həyat yoldaşı arasında olan nikah pozulub və məhkəmənin qərarı ilə uşağın 18 yaşına çatana qədər atasında
21 noyabr17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb. Həmi
14 noyabr