Dollarla krediti olanlara ŞAD XƏBƏR!
"Təklif edirəm ki, əgər Azərbaycan liberal məzənnə siyasətinə keçərsə, kompensasiya və ya subsidiya mexanizmi tətbiq etməlidir".
Sonxeber.az bildirir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov özünün "facebook" səhifəsində məlumat verib.
Onun sözlərinə görə, dollarla krediti olanlara kompensasiya verilməlidir. Milli valyutanın dəyər itirməsi dollarla krediti olanlara kompensasiyanın verilməsini bir daha gündəmə gətirir. Mərkəzi Bankın, Maliyyə Nazirliyinin bu təklifə qarşı çıxmasına baxmayaraq, liberal məzənnə siyasətinə keçiləcəyi halda, kompensasiyaların verilməsi qaçılmazdır. Əks halda vətəndaşların kreditləri ödəməsi ciddi problem olacaq, problemli kreditlərin həcmi kəskin şəkildə artacaq. Dollar krediti olanlara kompensasiyanın verilməsi liberal məzənnə siyasətinə keçiləcəyi halda, artıq qaçılmazdır. Hökumət də bunu həyata keçirməlidir ki, yeni məzənnə siyasətinin vətəndaşlara mənfi təsiri olmasın. İstehlak mallarının xüsusən də ərzaq məhsullarının qiymət artımlarının baş verməməsi üçün idxalla məşğul olan şirkətlərə həmin idxal yerli istehsal hesabina əvəzlənənədək subsidiyaların verilməsinə ehtiyac var. Bu da nəticə etibarilə həmin idxalçı şirkətlərin xərclərin bir hissəsinin qarşılanmasına və qiymət artımının qarşısının alınmasına gətirib çıxara bilər. Büdcədə sosial olmayan xərclərin optimallaşdırılması yolu ilə bunun maliyyə mənbəsi formalaşdırmaq mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI
Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisələrinin qiymətləri açıqlanıb. xəbər verir ki, qiymətlər bölgələrdə 26,10 manatdan 28,40 manatadək dəyişir. Ən ucuz un "Dəvəçi-Taxıl" MMC-də, ən bahalı isə "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də satılır
29 noyabrBu il problemli kreditlərin həcmi 13,5 faiz artıb
2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı v
13 dekabrAzərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 126,667 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır. Təkcə noyabrda isə Türkiyə Azərbaycan
13 dekabrAzərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
13 dekabrPakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu
Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəməd
26 noyabr