Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı
2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur.
Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.5 milyon ədəd təşkil edib.
Eyni zamanda, 1 786.1 ton tütün istehsal olunub, bu göstərici isə illik müqayisədə 56.6 faiz azalıb. Tütün üzrə hazır məhsul ehtiyatı 486.9 ton səviyyəsində olub.
Spirtli içkilərin istehsalında fərqli dinamika müşahidə edilib. 2025-ci ilin yanvar-noyabr aylarında 395.4 min dekalitr viski və brendi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48.2 faiz azdır. Üzüm şərabının istehsalı 554.7 min dekalitr təşkil edərək 50.1 faiz azalıb. Araq istehsalı 1 422 min dekalitr olub və 5.1 faiz azalma qeydə alınıb. Pivə istehsalı isə 4 972.9 min dekalitr səviyyəsində olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz artıb.
Cari il dekabrın 1-i vəziyyətinə spirtli içkilər üzrə hazır məhsul ehtiyatları viski və brendi üçün 317.2 min dekalitr, üzüm şərabı üzrə 618.5 min dekalitr, araq üzrə 175.1 min dekalitr, pivə üzrə isə 200.4 min dekalitr təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək
Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin
6 noyabrTürk lirəsi tarixi minimuma düşdü
Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib
2 noyabrHotellərə yeni tələb qoyulur
Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis
5 noyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 6-na olan qiymətli metallar bazarında qızılın qiymətində yeni dinamika müşahidə olunur. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7034.7105 manat təşkil edir. Qramla satışda 99 əyyarlı 1 qram təmiz qızıl 226.17 manata təklif olunur. Digər əyyarlar üzr
6 noyabrQızılın son qiymətləri bəlli oldu
11 noyabr tarixinə olan rəsmi göstəricilərə əsasən, Azərbaycanda qiymətli metalların, xüsusilə qızılın qiymətlərində dinamika diqqət çəkir. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının rəsmi qiyməti 6 877,44 manat, 1 qramının dəyəri isə 221,11 manat təşkil edir. Pərakəndə zərgərlik bazarınd
11 noyabrAzərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb
Gələn il Azərbaycanda qaz hasilatının həcminin 48 milyard 523,7 milyon kubmetrə çatacağı nəzərdə tutulub. xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu göstərici 2026-cı il üçün nəzərdə tutulan proqnozla müqayisədə 0,2 % çoxdur. Ümumi həcmdən 35 milyar
12 noyabr"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu
2 noyabr