Ermənistan Azərbaycandan qaz ala bilərmi? – Ekspertlər şərtləri açıqladı

Ermənistan Azərbaycandan qaz ala bilərmi? – Ekspertlər şərtləri açıqladıErmənistanın Azərbaycan ərazilərini işğal etməsindən sonra Bakının İrəvana qaz və elektrik enerjisinin verilməsinin dayandırması Ermənistanın enerji sistemi üçün sarsıdıcı zərbə olub.

Bunu oktyabrın 26-da Tbilisidə "İpək Yolu" beynəlxalq forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib. O, bunun səbəbini həmin vaxt qazı Azərbaycandan almaları ilə izah edib.

Onun sözlərindən belə məlum olub ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərini azad etdikdən sonra İrəvan Bakıdan qaz almağa hazırdır.

"Ümid edirəm, bizim regionda sülh bərqərar olacaq, biz, həmin vaxtlardakı kimi, əməkdaşlıq edə, energetika sistemlərimizi şaxələndirə biləcəyik", – nazir müavini əlavə edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə forumdakı çıxışında "Sülh qovşağı" təklifini də irəli sürüb. Təklifin mahiyyəti bölgə ölkələri arasında kommunikasiya yollarının açılmasıdır.

Politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycanın nəzəri cəhətdən Ermənistana həm qaz satması, həm də Ermənistanın da içində olduğu regional nəqliyyat layihələrində iştirakı mümkündür.

"Ancaq bunun üçün ilk növbədə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır"- deyə, o əlavə edib.

Ekspertin sözlərinə görə, digər tərəfdən, "Sülh qovşağı" təklifi Ermənistan hakimiyyətinin beynəlxalq təşkilarlarda dostları ilə birgə Azərbaycan əleyhinə təbliğata son qoymasını diqtə edəcək: "Necə ola bilər ki, Ermənistan həm Azərbaycandan qaz alsın və birgə layihələrdə iştirak etsin, həm də Azərbaycana qarşı qətnamələr qəbul etdirməyə çalışsın? İkisi bir arada mümkün deyil. Paşinyan özündə cəsarət tapıb Azərbaycanla sülh sazişi imzalayarsa və Prezident İlham Əliyevin də irəli sürdüyü "Qafqaz evi" təklifi reallaşarsa İrəvan və erməni lobbisi artıq Azərbaycana qarşı çirkin təbliğat apara bilməyəcəklər. Bunun müsbət tərəfi də odur ki, müxtəlif ölkələrdəki ermənipərəst siyasi mərkəzlər, o cümlədən ABŞ Konqresi və rəsmi Paris Azərbaycana qarşı "erməni kartı"ından imtina etmək məcburiyyətində qalacaqlar".

Politoloq Ermənistanın radikal müxalifətinin Nikol Paşinyanın "Sülh qovşağı" təklifinin əleyhinə çıxmasının təsadüfi olmadığını vurğulayıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da hesab edir ki, iki ölkə arasında sülh müqaviləsi imzalansa, diplomatik əlaqələr bərpa olunsa, qaz saşizi mümlkündür. Ekspert xatırladır ki, 10 noyabr bəyanatında kommunikasiyaların bərpa olunması nəzərdə tutulur.

"Bu, iqtisadi əlaqələrin bərpası deməkdir, onun bir qolu da enerji ticarətidir", - iqtisadçı əlavə edib.

İ.Şaban rvurğulayıb ki, Zəngəzur enerji dəhlizi yaradılsa, Azərbaycan Qafqazın hər 3 ölkəsini əhatə etməklə istehlakçılara həm qaz, həm də elektrik enerjisini alternativ stabil xətlərlə çatdırmaq imkanı əldə edə bilər: "Gürcüstan artıq çox gözəl başa düşür, Ermənistan da başa düşməlidir ki, iqtisadi inkişaf üçün enerji ən önəmli amildir, onun stabilliyi isə ikiqat önəmlidir. Ermənistan bunu anlamasa, öz işidir, biz öz malımızı kiməsə zorla xırıd edə bilmərik".

İlham Şaban deyir ki, Ermənistan İrandan ildə təxminən 400 milyon kubmetr qaz alır: "Bu qaz daxildə pərakəndə satış üçün nəzardə tutulmayıb. Onun bir qismi elektrikə çevrilərək İrana qaytarılır, bir qismi də ölkədə qalır. Bu əməliyyat Razadan İstilik Elektirk Stansiyasında həyata keçirilir. Bu stansiyasının sahibi isə Rusiya Elektrik Şəbəkələri Şirkətidir".

Azpolitika


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3263   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr