Paradoksal VƏZİYYƏT – Ət, buğda bahalaşır, çörək və kolbasa isə UCUZLAŞIR...

Paradoksal VƏZİYYƏT – Ət, buğda bahalaşır, çörək və kolbasa isə UCUZLAŞIR...Son vaxtlar Azərbaycanın istehlak bazarında qəribə təzadlıq müşahidə olunur. Bu da özünün əsasən də bir-biri ilə əlaqəli olan ərzaq və kənd təsərrüfatı məhsullarında göstərir.

Belə ki, bir neçə gündür mal və qoyun ətlərində bahalaşma var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb.

Ötən il kiloqramı 11-13 manata təklif olunan mal əti bu il 14-16 manat, qoyun əti isə 17-19 manatdır. Sürətli bahalaşma çəkilmiş mal əti, eləcə də qoyun ətində də baş verib. Ancaq ətdən hazırlanan kolbasa və sosiska məhsulları xeyli ucuzlaşıb.

Bu paradoksallıq taxıl-un, süd və digər məhsullarda da özünü büruzə verir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, bunun təəccüb doğurduğunu bildirdi.

Durumun ölkədəki çoxsaylı neqativ halların olması ilə bağlı olduğunu deyən Komitə sədri, bununla bağlı araşdırmaların aparılmasına ciddi ehtiyacın olduğunu dilə gətirib:

"Bu gün ət bahalaşır, amma ondan hazırlanan məhsullar ucuzlaşır. Un ucuzlaşır, amma çörək və digər məmulatlar bahalaşır, yaxud da əksi baş verir. Mən bunu normal hal hesab etmirəm".

Ətdən hazırlanan kolbasa və digər məhsulların ucuz olmasına gəlincə, deputat bunu, həmin məhsulların tərkibinə əlavə edilən qatqılarla əlaqələndirib:

"Bəllidir ki, kolbasa və sosislər sırf ətdən hazırlanmır və çox sayda nişastalar, dadlandırıcılar və digər qatqılar əlavə edilir. Bu da onun qiymətinə təsir edir. Yaxud da, ola bilər ki, istehsal qaydalarına düzgün əməl olunmur və başqa proseslər həyata keçirilir".

Müsahibimiz vurğulayıb ki, əgər bu gün dünya üzrə ərzaq qiymətlərində bahalaşma müşahidə olunursa, bu, bizdə normal hesab olunmalıdır:

"Ona görə ki, Azərbaycan dünyanın bir çox ölkələri ilə iqtisadi və ticarət əlaqələrinə malikdir. Bu da istər-istəməz yaşayış tərzimizə və və istehlak bazarımıza öz təsirini göstərir".

İqtisadçı-ekspert Akif Nəsirli isə son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların daha geniş yayıldığını bildirib:

"Bu baxımdan götürsək, Azərbaycanda kolbasa və sosis məhsulları çox keyfiyyətsiz ətdən hazırlanır. İstehsalçılar əslində məhsulu keyfiyyətsiz etməklə maya dəyərini aşağı salmağa çalışırlar ki, bu da qiyməti ucuzlaşdırmağa imkan verir. Reallıq isə odur ki, bazarda quzu əti 18 manatdan, cavan dana əti isə 15 manatdan satılır. Əgər kolbasa və sosis məhsulları məhz bu ətlərdən hazırlanarsa, o zaman onlar da baha qiymətə satılacaq.

Unun və çörəyin qiymətlərinə gəlincə, bir faktı diqqətə çatdırım:

Apardığım hesablamalara görə, 650 qramlıq çörəyin maya dəyəri təxminən 28 qəpiyə başa gəlir. Ancaq istehsalçılar 60 qəpiyə satırlar ki, bunun da 50 faizi istehsalçının mənfəəti olur. Bir neçə gün əvvəl qiyməti 5 qəpik ucuzlaşdırdılar. İstehsalçılar bunu etməklə, əslində əhali arasında müəyyən xal qazanmağa çalışdılar".

Buğda qiymətlərində axırıncı iri sıçrayışlı bahalaşmanın 2021-ci ilin yanvar ayında baş verdiyini xatırladan ekspertin sözlərinə görə, 3-cü sort 1 ton buğda 350 dollara satılırdı:

"Hazırda isə Rusiyadan aldığımız 3-cü sort 230 dollara, 4-cü sort isə 215-220 dollara başa gəlir. Bir sözlə, hər tonda 120-130 dollar ucuzlaşma var ki, bu da təxminən 30 faiz edir. Çörəyin hazırlanmasında istifadə olunan xammal və yarımfabrikatların dəyəri 30 faiz, çörək isə cəmi 10 faiz ucuzlaşıb.

Əgər bazar rəqabətli olsaydı, ucuzlaşma daha çox olardı, yəni buğdanın və unun qiymətinə adekvat olardı. Bir müddət əvvəl 40-50 kq-lıq un 40 manat, indi isə 25-26 manatdır. Bunun fonunda çörəyin cəmi 5 qəpik ucuzlaşması elə böyük əhəmiyyət kəsb etmir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1595   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr