IMF qlobal inflyasiyanın yavaşlayacağını, maliyyə orqanları üçün isə çətin dövrün olacağını gözləyir
Beynəlxalq Valyuta Fondu (IMF) qlobal inflyasiyanın keçən ilki təqribən 9 %-dən 2024-cü ildə 4,8 %-ə düşəcəyini gözləyir.
Bu barədə IMF-nin idarəedici direktoru Kristalina Georgiyeva bildirib.
"Ümumi inflyasiya yavaşlasa da, baza inflyasiyası hələ də hədəf göstəricisindən geri qalır və buradan belə qənaətə gəlmək olar ki, təəssüf ki, biz mərkəzi bankların faiz dərəcələrinin uzun müddət yüksək qalmasına hazırlaşmalı olacağıq. Güman ki, 2024-cü ilə, bəlkə də 2025-ci ilə qədər.
Bəs bu siyasət baxımından nə deməkdir? İnflyasiyanın hələ də hədəf göstəricidən geri qaldığı yerlərdə mərkəzi banklar ayıq-sayıq olmalıdır (sərt monetar siyasətini davam etməlidir) və gələcəklə bağlı niyyətlərini bildirməlidirlər.
Başa düşmək lazımdır ki, maliyyə orqanlarını, demək olar, hər yerdə çətin günlər gözləyir. Onlar borclara xidmət etmək, həssas əhalini dəstəkləmək, "yaşıl" və rəqəmsal transformasiyanı maliyyələşdirmək üçün daha yüksək faiz dərəcələri ödəməklə yanaşı, gələcək sarsıntılara qarşı buferlərini bərpa etməlidirlər", - K.Georgiyeva deyib.
Onun sözlərinə görə, dünya dayanıqlılığının tarixi anını yaşayır, həm də risklərə məruz qalır .
"Dayanıqlılığa gəlincə, ABŞ-da üçüncü rübdəki artım gözləniləni üstələyib: iqtisadiyyatın artım tempi bir qədər yavaşlayıb, inflyasiya azalır, əmək bazarı isə yenə də çox güclü olaraq qalır. Keçən həftə Çinlə bağlı proqnozlarımızı yaxşılaşdırdıq. Bu, Asiyada müsbət artım dinamikasını gücləndirir. Dünya iqtisadiyyatının bu iki əsas mühərriki - ABŞ və Çin üçün yaxşı olan şeylər isə dünyanın qalan hissəsi üçün də yaxşıdır", - IMF rəhbəri vurğulayıb.
İsrail-Fələstin münaqişəsinin qlobal iqtisadiyyata təsirinə toxunan IMF rəhbəri qeyd edib ki, enerji qiymətlərindəki ilkin artım indi azalıb: "Amma yenə də bilirik ki, münaqişə nə qədər çox davam edərsə, fəlakət, İsraildə və indi Qəzza zolağında geosiyasi parçalanma və dinc əhalinin faciəli ölüm riski bir o qədər çox olar. İqtisadi baxımdan bu, münaqişənin episentrində olan ölkələr üçün dağıdıcıdır, onların yaxın qonşuları – Livan, İordaniya, Misir üçün isə risklidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas
10 sentyabrÜzüm şərabı ehtiyatı artıb
Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki
14 sentyabrSahil Babayevə müşavir təyin edildi
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim
14 sentyabrÇində 42 min nəfər təxliyə edilib
Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl
14 sentyabrBitkoinin qiyməti azalıb
Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib
11 sentyabrBrent markalı neftin qiyməti 99 dollara yüksəldi
Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib
9 sentyabrAzərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabr