Yelisey Nikolun satqınlığından istifadə edərək... - Arkov

Yelisey Nikolun satqınlığından istifadə edərək... - Arkovİndi Brüssel bir çox hallarda Parisin musiqisi altında "rəqs edir", Fransanın isə Cənubi Qafqazda praktik olaraq öz Napoleon planları var. Yelisey sarayı Nikol Paşinyanın satqınlığından istifadə edərək, faktiki olaraq Ermənistanı özünün yeni müstəmləkəsinə çevirib.

Bunu Azərtac-a rusiyalı politoloq, "PolitRus" ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov ABŞ və digər Qərb ölkələrinin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyinin tam bərpa etməsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları qəbul etmək istəmədikləri ilə bağlı məsələni şərh edərkən söyləyib.

Agentliyin müsahibi deyib: "Kollektiv Qərb" məfhumu mövcud olsa və onu təmsil edən dövlətlər birlikdə hərəkət etsələr də, birincisi, proses həmişə könüllülük əsasında (ABŞ-ın öz şərti avropalı tərəfdaşlarını məcbur etməsi halları az deyil) olmur, ikincisi, bu "siyasi bullinqdə" iştirak edən ölkələrin müxtəlif maraqları var. Əgər Avropa İttifaqından söhbət gedirsə, Almaniyada "dəmir" kansler Angela Merkeli Olaf Şoltsun əvəz etməsi ilə bu ölkə Aİ-də əvvəlki təsirini itirib. O vaxt Brüssel Berlinin musiqisi altında "rəqs edirdi". Avropada hökmranlıq etməyi arzulayan Polşa da bütün istəklərinə və oyunlarına baxmayaraq, habelə ABŞ-ın köməyinə rəğmən təşəbbüsü ələ keçirə bilməyib. Ola bilər ki, bu müvəqqətidir. Lakin fakt ondan ibarətdir ki, indi Brüssel bir çox hallarda Parisin müzikli altında "rəqs edir". Əvvəllər də qeyd etdiyimiz kimi, Fransanın özünün praktik olaraq Cənubi Qafqaz regionunda Napoleon planları var. Gördüyünüz kimi, bu gün Yelisey sarayı Nikol Paşinyanın və koalisiyasının satqınlığından istifadə edərək, Ermənistanın faktiki olaraq öz yeni müstəmləkəsinə çevirib.

Politoloqun sözlərinə görə, keçmiş SSRİ məkanında bir çox müstəqil dövlətlərin aldadılaraq cəlb olunduğu "Şərq tərəfdaşlığı" layihəsinin açıqlanmayan hədəflərindən biri də bundan ibarət olub: Avropa İttifaqı onları öz sıralarına qəbul etməyi planlaşdırmır, amma bu dövlətləri siyasi cəhətdən asılı və iqtisadi baxımdan donor ölkələrə çevirmək istəyirdi. Bu təkcə Avropa elitasına xas olan metodlar deyil, ABŞ özü çoxdandır ki, bütün dünyaya münasibətdə onlardan istifadə edir.

"Azərbaycan rəhbərliyi qarşılıqlı fəaliyyətin bu cür formatını qeyri-mümkün hesab edir. Təkcə bütünlükdə Avropa İttifaqı ilə deyil, həm də onun ayrı-ayrı üzvləri ilə. Hətta ABŞ ilə də belədir. Bu barədə sonra danışacağıq. Bakı ya Rusiya, Türkiyə, Çin və ya İranla olduğu kimi bərabərhüquqlu tərəfdaşlıq təklif edir, ya da Avropa İttifaqı ilə onun Azərbaycana münasibətdə neokolonializm siyasətinin keçməyəcəyini anlayanadək minimal qarşılıqlı fəaliyyəti üstün tutur. Ermənistan iqtisadi cəhətdən bütün region ölkələri arasında daha az cəlbedicidir. Azərbaycan isə, əksinə, acgöz avropalı və xüsusən fransız burjuaziyasını tamah saldığı ən ləzzətli "piroq parçasıdır". Amma onun dadına baxmaq onlara qismət olmayacaq. Əgər İrəvanda olan əlaltılarının əli ilə Bakıya qarşı yeni hərbi münaqişəyə başlamağa cəhd edərlərsə, onda onlar başlarını tutaraq qaçacaqlar", - ekspert deyib.

ABŞ-a gəldikdə, V.Arkovun fikrincə, burada üç məsələ var. Politoloq vurğulayıb: "İrimiqyaslı olandan başlayaq. Birincisi, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq vəzifəsi var, halbuki, bu zona tarixən onun geosiyasi maraqları çərçivəsində olub. İkincisi, İranın artan gücü həm Yaxın Şərqdə, həm də okeanın o tayında bu ölkənin bir çox opponentlərini narahat edir. Belə ki, Tehran Moskva və Pekin ilə birlikdə yeni çoxqütblü dünya nizamı və şərti Şərqin və şərti Qərbin qlobal qarşıdurması müstəvisində yeni "balinalardan" birinə çevrilib. Ona görə şərti deyirəm ki, həmin Yaponiya və ya Cənubi Koreya da coğrafi baxımdan Şərqə daha çox aiddir, amma iqtisadi və siyasi cəhətdən Qərblə bağlıdır".

Rusiyalı politoloq bu kontekstdə Azərbaycan ilə İranın "tarixən anlaşılan və perspektivdə uzaqgörən yaxınlaşmasına" diqqəti çəkib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin iranlı həmkarı İbrahim Rəisi ilə görüşdə söylədiyi kimi, iki qonşu ölkə, iki qohum xalqları süni şəkildə bir-birinə qarşı qoymağa çalışıblar. Ekspert hesab edir ki, bu yaxınlaşma sözügedən yuxarı güclərin planlarını pozur, onların məqsədi isə bütün vasitələrlə bunun qarşısını almaq, o cümlədən Brüsseldəki daha ciddi marionetkaları və İrəvandakı kiçik oyuncaqları vasitəsilə Bakıya çoxtərəfli təzyiq göstərməkdir.

Üçüncüsü, V.Arkov qeyd edib ki, ABŞ-ın Cənubi Qafqazda siyasəti kontekstində olan hədəfləri arasında Demokratlar partiyasının 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkilərində Ağ evdə qalmaq, habelə Konqresin Nümayəndələr Palatasında daha çox yerə sahib olmaq üçün erməni icması ilə apardığı oyunu göstərmək olar.

"İndi Konqresdə çoxluq Respublikaçılar Partiyasının əlindədir. Həmin gün Senatın 100 üzvündən 33-nün də seçkiləri olacaq. Burada indi üstünlük Demokratların tərəfindədir, amma Cozef Bayden administrasiyasının bir çox amerikalı ev-təsərrüfatlarında ciddi iqtisadi problemlərə gətirib çıxaran siyasəti səsvermə zamanı etirazlara səbəb ola bilər. Erməniəsilli seçicilər (bir sıra başqa etnoslar kimi) ən fəallardan biridir. Əlavə olaraq, onların kütləvi yaşadıqları ştatlarda keçirilən sorğunun nəticələrinə görə ya Respublikaçı namizədlərin üstünlüyü, ya da qərarsız seçicilərin çoxluğu müşahidə olunur. Bu səbəbdən Ağ evin, Dövlət Departamentinin və Konqresdəki demokratların Ermənistanı dəstəkləyən gurultulu bəyanatları və bununla yanaşı Azərbaycana qarşı yönəlmiş tamamilə əsassız hücumları sırf Amerikanın daxilindəki seçkiqabağı məsələləri həll etmək məqsədi daşıyır", - Arkov qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 553   Tarix: 26 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə turist mikroavtobusu qəzaya uğradı: Ölən və yaralananlar var

Türkiyədə Konyanın Beyşehir rayonunda turistləri daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində ata və oğlu ölüb, 6 nəfər yaralanıb. "Haber Global"a istinadən xəbər verir ki, hadisə Beyşehir-Antalya magistral yolunda baş verib. Avtomobildə olan Eyüp Eyi hadisə yerində, oğl

19 yanvar
.

Rusiyanın ən böyük bitki yağı təchizatçısının top-meneceri polisə çağırıldıqdan sonra özünə qəsd edib

Rusiyanın "Blaqo" şirkətlər qrupunun top-meneceri Aleksandr Xaydin Leninqrad vilayətindəki bağçılıq ərazisində intihar edib. "Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarından mənbə bildirib. Mərhumun 49 yaşı var idi. Şirkət saytının saxlanılmı

18 yanvar
.

Almaniya kansleri: Bayram günlərində təhlükəsizlik tədbirləri gücləndiriləcək

Almaniya kansleri Olaf Şolts, avtomobilin Maqdeburqda (Saksoniya-Anhalt) Milad bazarına gələnləri vurmasından təxminən bir ay sonra, bayram günlərində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb. Bu barədə "Report" DPA agentliyinə istinadən xəbər verir. "Ölkəmizin küçələrində

19 yanvar
.

Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan 2 şəxsi Türkiyəyə ekstradisiya edib

Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. "Ermənistan İnterpolun "qırmızı bildiriş" çərçivəsindəki sorğuya cavab olaraq ölkəmizdə mütəşəkkil cinayə

19 yanvar
.

Ölü babalarının küllərini yedilər : "Onlardan birinin ağzında..." - FOTO

ABŞ-nin Kolorado ştatında tükürpərdici hadisə baş verib. -a istinadla xəbər verir ki, üç uşaq anası Monika Lonq ad günü şənliyinə hazırlaşarkən 3 və 2 yaşlı oğlanlarını bir neçə dəqiqə tək buraxıb. Geri qayıtdıqda isə onları bədənlərinə, üzlərinə və xalçaya qəribə bir ağ toz sürtərkən görüb. Əvvəlc

19 yanvar
.

BMT Qəzzada 269 əməkdaşının öldürüldüyünü açıqlayıb

Bu günə qədər Qəzzada BMT-nin Fələstin Qaçqınlar üzrə Agentliyinin (UNRWA) 269 əməkdaşı öldürülüb. "Report"un ABŞ bürosu xəbər verir ki, bunu UNRWA-nın rəhbəri Filipe Lazzarini BMT Təhlükəsizlik Şurasında qapalı brifinqdən sonra jurnalistlərə açıqlamasında deyib. Lazzarini bildirib ki, ik

19 yanvar
.

KİV: Zelenski Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib

Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb. Bildirilib ki, döyüş meydanında təşəbbüsü ələ keçirmədən Ukraynanı danışıqlara məcbu

19 yanvar
.

İsrail Qəzzada atəşkəs razılaşmasını hansı halda poza bilər?

"İsrail Qəzza zolağında atəşkəs razılaşmasına sadiqdir, lakin Fələstinin HƏMAS radikal hərəkatının mümkün təxribatlarına dözməyəcək". TASS-a istinadən xəbər verir ki, bunu İsrail Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib və hərbçilərin anklavda hərbi əməliyyatları hər an bərpa etməy

19 yanvar
.

Evlənənlərə şad xəbər - dövlət pul verəcək

Türkiyədə evlənəcək və uşaq sahibi olacaq cütlüklər üçün xüsusi dəstək ümumilikdə 545 min lirə təşkil edir. xəbər verir ki, bu proqram çərçivəsində evlilik və doğum müavinətləri, eləcə də güzəştli kreditlər nəzərdə tutulub. Əsas məqamlar bunlardır:. Evlilik krediti:. 18-29 yaş arasında ailə quran gənclər

18 yanvar