Model Razinin keçmiş sevgilisi İLK DƏFƏ danışdı - FOTO

Model Razinin keçmiş sevgilisi İLK DƏFƏ danışdı - FOTOAparıcı və model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyeva ilə onun sabiq sevgilisi Ziya Hüseynzadə arasında məhkəmə prosesi davam edir.

Xatırladaq ki, R.Əliyeva sosial şəbəkələrdə etdiyi paylaşımlarda və açıqlamalarında iş adamı Ziya Hüseynzadəni şiddətə meylli olmaqda, ona qarşı zor tətbiq etməkdə, evli olduğu halda Razi Əliyevaya 3 dəfə evlilik təklifi etməkdə suçlayıb.

R.Əliyeva onu da bəyan etmişdi ki, bütün bunlardan başqa o, sevgilisinə şiddət tətbiq edib, döyüb, qapını bağlayaraq evdən çıxmasına qadağa qoyub, hətta onun şəkillərini öz telefonuna köçürərək şantaj edib.

Z.Hüseynzadə isə Razi Əliyevanın, daha doğrusu, Raziyət Əliyevanın onun haqqında şikayətini şər-böhtan adlandıraraq mediaya ilk açıqlama verib:
Model Razinin keçmiş sevgilisi İLK DƏFƏ danışdı - FOTO- Bildirmək istəyirəm ki, barəmdə cinayət işinin açılmasına səbəb şər-böhtan xarakterli saxta yazışmaların və şəkillərin sosial şəbəkələrdədə yayılması olub. Həmin şəkillərin yayılmasına səbəb isə mənim evli olduğumun öyrənilməsinə, həmçinin məndən borca aldığı külli miqdarda pul vəsaitimi və digər əmlakımı qaytarmaması, ailəmi və işguzar nüfuzumun məhv edilməsi məqsədi olub.
Raziyyat (Razi kimi tanınan) tərəfindən paylaşılmış fotoşoplu şəkillər və video ilk öncə güya 2023-cü ilin may ayına aid olduğu iddia edilmişdi. Lakin müvafiq araşdırma zamanı məlum oldu ki, paylaşılmış foto şəkillər 2022-ci ilə aiddir. Həmçinin, cinayət işi üzrə ekspert rəyi alınmış və həmin rəy 2022-ci ildə tibb müəssisəsi tərəfində verilmiş saxta arayışa əsaslanmışdır, bundan başqa həmin xəsarətlərin yetirilməsi mənim tərəfimdən olmamış və ümumiyyətlə həmin dövürdə Raziyyat Əliyevanın hər hansı xəsarətlərin olmamasına dair kifayət qədər sübutların olmasına baxmayaraq, onun şər-böhtanlı ifadəsi əsasında mənə əlavə olaraq yeni əsassız ittiham irəli sürülmüşdü (AR CM-nin 127 ("az ağır xəsarət" və 133 ("işgəncə") maddələri üzrə). Qeyd olunan ittihamları təkzib edən faktlar - şikayətçinin güya- onun ev dustaglığında olduğu zamanı baş verdiyini iddia etmişdi. Bu, 2022-ci ilin sentyabr-dekabr aylarında olmuşdu.
Əksinə olaraq həmin dövrdə məhz - şikayətçı Əliyeva Raziyyat rəfiqələri ilə çoxsaylı restoranlarda istirahət etdiyini və mənim uzun müddət ərzində ailəmlə xaricdə səfərlərdə olduğunu təsdiq edən sübutlar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğuna tərəfimdən təqdim olunub,cinayət işinin materiallarına əlavə edilib.
Niyə məntiqli cəhətdən şikayət etməkdənsə şəhərdə və restoranlarda gəzərkən, həmçinin bahalı hədiyyələr üçün pulu məndən alırdı? 2022-ci ildə işgəncə altında və ev dustağında yaşadığını iddia edən şikayətci ailəmin, valideynlərimin yaşayış binasının bloku garşısında gecədən səhərədək məni və ailə üzvlərimi güdmüşdü, iş ofisimin qarşısında saatlarla məni izləmişdir. Axı guya "ev dustağı olan" Əliyeva Raziyyat bu izləmələri necə yerinə yetirə bilərdi?
Model Razinin keçmiş sevgilisi İLK DƏFƏ danışdı - FOTOŞikayətçi yanlış və əsassız iddialarının mənimlə üzləşmədə ifşa olunacağını dərk edərək, dəfələrlə tələb etdiyim üzləşmələrdən əsaslı səbəb olmadan yayınıb və istintaqa heç mobil telefonunu baxış üçün verməmişdi.

Digər ittihamlar (AR CM-nin 182-ci ("hədə-qorxu ilə əmlak tələb etmə") və 134-cü ("ölümlə hədələmə" maddələri) telefonumun Raziyyat tərəfindən faktiki bloklandığı səbəbindən, güya vatsapp zənglə olmuş uydurma hədələr əsasında verilib. Xatırladım ki, bloklanmış mobil telefonundan zəng etmək qeyri-mümkündür. Bunu təkzib edən yazışmalar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğa təqdim olunub və cinayət iş materiallarına əlavə olunub.

İttihamı isə təsdiq edə biləcək hər hansı sübut cinayət işi materiallarında mövcud deyil.

Raziyyat Əliyev zorakılığa məruz qaldığını, döyüldüyünü iddia edir, lakin yayılan fotolar "hadisə"dən bir il əvvəl çəkilibmiş.

Raziyyat Əliyeva güya mənim ona avtomobili hədiyyə kimi aldığımı İnstagram səhifəsində bəyan edib. Lakin istintaqın sonrakı dövründə ittihamlarını (AR CM-nin 177-ci ("oğurluq"), 182-ci ("hədə-qorxugəlmək") və 186-cı ("əmlaka ziyan") maddələri) irəli sürmək üçün avtomobili güya öz hesabına aldığını istintaqa bildirmişdi. Bəyan edirəm ki, Raziyyatın bu saxta iddiaları həqiqətə uyğun deyil. Həmin avtomobil mənə məxsus olub, tərəfimdən alındığı təsdiq edən çoxsaylı faktlardan bəziləri artıq Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğa təqdim olunaraq cinayət iş materiallarına əlavə edilib.

İstintaqa və Prokurorluğa təqdim etdiyim və edəcəyim çoxsaylı sübutlarımı sosial şəbəkələrdə və açıqlamalarımda hissə-hissə, mərhələli şəkildə əks etdirəcəyəm.
Model Razinin keçmiş sevgilisi İLK DƏFƏ danışdı - FOTOHazırda şikayətçi üçün bəzi xahiş edən şəxslər və dairələr var ki, özlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məndən şəxsi qisas almaq məqsədi ilə təzyiqlərə əl atıblarö Onlar əməllərini indi də davam etdirirlər.

Hər hansı mübahisəli,qaranlıq məqamlara şikayətçi mənimlə üzləşmədə, bizə məxsus mobil telefonlarına qarşılıqlı baxış ilə aydın qətirmək olar və yaxınlarda təşkil edəcəyimiz mətbuat konfransı vasitəsi ilə mənə qarşı bütün şər-böhtanları təkzib edən əks sübutlarla aydınlıq gətirəcəyəm. Mənə qarşı məqsədli təşkil olunmuş qarayaxma kampaniyasından fərgli olaraq kimsəni alçaldacaq, şəxsiyyətinə toxunacaq açıqlama ilə çıxış etmək niyyətində deyiləm.

Elə məqamlar var ki, bizim mentalitetə uyğun gəlmir. Həm də öz abırıma sığdırmadığından susmağa davam edəcəkdim. Ancaq görəndə ki mən susduqca mənə qarşı əsassız böhtanlar və ittihamlar artmaqda davam edir.

Bu gündən etibarən mənə qarşı edilmiş və ya ediləcək böhtan və şər xarakterli məlumatlar tərəfimdən davamlı olaraq yayılanacaqdır.
Model Razinin keçmiş sevgilisi İLK DƏFƏ danışdı - FOTOHazırda istintaqı yekunlaşmış cinayət işinin mənim vəsatətim əsasında yenilənmiş və mötəbər sübutu olmadan, mobil telefonlara baxış keçirilmədən, yalnız qərəzli ifadə əsasında verilşmiş ittihamların ləğv olunmasına, habelə ədalətli, adekvat və müvafiq tədbirlərin Bakı Şəhər Prokurorloğu və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən həyata keçiriləcəyinə umid edirəm./milli.az


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 5300   Tarix: 01 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada Filipp Kirkorova qadağa qoyuldu

Tanınmış müğənni Filipp Kirkorova 2028-ci ilin payızına qədər Rusiyada yeni sahibkarlıq fəaliyyətinə başlamaq qadağan edilib. xəbər verir ki, bu barədə vergi müfəttişliyinin sənədlərinə əsaslanaraq "RİA Novosti" məlumat yayıb. Məhdudiyyətin tətbiq olunmasına səbəb sənətçiyə məxsus iki şirkə

18 avqust
.

Aysun İsmayılova: "Əgər bir qadın ‘2-ci dəfə sevirəm’ deyirsə, demək birinci kişidə problem var"

Müğənni Aysun İsmayılova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi qadınların münasibətləri və ikinci dəfə sevgi yaşaması ilə bağlı fikirlərini bölüşüb. Onun səsləndirdiyi fikirlər izləyicilər arasında müzakirələrə səbəb olub. "Əgər bir qadın 'ikinci dəfə sevirəm'

22 avqust
.

7 ildən sonra yenidən içməyə başladı

Məşhur aktyor Bred Pitt 7 il alkoqoldan uzaq qaldıqdan sonra yenidən içki içməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb. Bildirilib ki, 62 yaşlı aktyor bu qərarı uzun müddət düşündükdən sonra verib. Məlumata görə, aktyor içkini yalnız ölçülü şəkild

12 avqust
.

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, bəstəkar övladı ilə arxiv fotolarını yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib:. "Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvəni

20 avqust
.

Ad gününü Maldivdə ailəsi ilə qeyd etdi - Fotolar

Rusiyalı repçi Timati (Timur Yunusov) 43 yaşını Maldiv adalarında qeyd edib. Axşam.az xəbər verir ki, həmin gün reperi ailəsi və övladları tək qoymayıb. Reperin yayımladığı fotolarda anası Valentina İvanova, uşaqları - bir yaşlı Emma, ​​altı yaşlı Ratmir və 12 yaşlı Alisa və digər qohumları yaxtada poz

17 avqust
.

8 il sonra eyni serialda çəkiləcəklər

"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Serhat Kılıç rol alacaq. O, layihədə "Yadigar"ı canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Tolqa Sarıtaş ifa edir. Tolqa və Serhat 8 il əvvəl "Söz"

23 avqust
.

"Bozo"nun eks-sevgilisini canlandıracaq - Foto

"Yeraltı" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Şükran Ovalı rol alacaq. O, ekran işində "Bozo"nun eks-sevgilisi obrazını canlandıracaq. Qeyd edək ki, baş rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş paylaşır

16 avqust
.

Mətanət Əsədova: "Kişilər güclü qadın sevmir"

"Bu gün heç bir kişi güclü qadını sevmir. Bunu yadınızda saxlayın, öz həyatımdan bilirəm. Ağıllı, güclü, hər şeyin öhdəsindən gələn bir qadını heç bir kişi sevməz. Kişi heç nəyi bilməyən, diqqətsiz qadını sevir. Qadınlara üzümü tutub deyirəm ki, çox güclü olmayın. xəbər verir ki, bu sözləri müğənn

21 avqust
.

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü

Türkiyəli müğənni Ebru Gündeş plastik əməliyyatdan sonra görünüşü ilə diqqət çəkməkdə davam edir. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində səhnə alan ifaçının görüntüləri sosial mediada yayılıb. İzləyicilər üzündəki dəyişikliyi bəyəndiklərini bildiriblər. Qeyd edək ki, Ebru 10 yaş cavanlaşma

18 avqust