Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir?
İki gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagirdlər arasında qızılcaya təşvişə düşəcək sayda yoluxma olarsa, məktəblərin qapanmaya gedə biləcəyi ilə bağlı açıqlama verib.
Bəs, doğurdan da qızılcaya yoluxma hallarında ciddi təhlükə gözlənilirmi?
Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq, qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
Bildirilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilir:
"Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvənd olunmayan uşaqlardır".
"Peyvənd mütləq vurulmalıdır"
İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, son günlərdə qızılcaya sürətli yoluxma qeydə alınır və bunun səbəbi də peyvəndləmənin olmamasıdır:
"Xüsusən də uşaqların peyvəndinin olmaması onların qızılcaya yoluxmasına səbəb olur. Uşaqların anadan olandan üç yaşına qədər olan peyvəndlər, rutin peyvəndləri mütləq vurulmalıdır. Uşaqlar bir və altı yaşında qızılcayla bağlı vaksinasiyaya cəlb olunmalıdır. Bu peyvəndlər olmadıqda, uşaqlar təəssüf ki, digər infeksion xəstəliklərə qarşı da müdafiəsiz olurlar. Hazırda qızılca geniş yayılmaqdadır".
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3044 Tarix: 02 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR
Şirin və təzə görünən çiyələk bəzən gözlənilməz məyusluğa səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, mağazada diqqətdən yayınan kiçik bir detal həmin çiyələyi almaqdan imtina etmək üçün kifayət edir. bu riskləri təqdim edir:. Ən vacib xəbərdarlıq əlaməti. Mütəxəssislər bildirirlər ki, çiyələyi
14 iyunSəkkiz saat yatmaq həmişə faydalı deyil
Bir çox insan hesab edir ki, sağlam qalmaq üçün hər gecə mütləq səkkiz saat yatmaq lazımdır. Lakin həkimlər bildirirlər ki, yuxunun müddəti qədər onun hansı saatda başladığı da böyük əhəmiyyət daşıyır. xəbər verir ki, orqanizm üçün yalnız neçə saat yatmaq deyil, həm də nə vaxt yatmaq vacibdir. Əgər insa
21 iyunKimlər qan üçün donor ola bilməz?
Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislər bildirirlər ki, kəskin infeksion xəstəliklərdən əziyyət çəkən, yüksək hərarət
20 iyunİltihabı zəncəfildən daha təsirli şəkildə aradan qaldıran 8 qida
İltihab təkcə zədə və ya ağrıdan sonra yaranan şişkinlik deyil. Bədəndə illərlə səssiz şəkildə davam edən xroniki iltihabın ürək-damar xəstəlikləri, diabet və artrit kimi problemlərin inkişafı ilə əlaqəli olduğu elmi araşdırmalarda göstərilir. Buna görə "iltihabı azaltmaq üçün nə yemək lazımdır"
1 iyunHər gün ət yemək zərərlidir? - ARAŞDIRMA
Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. -ın məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir. Araşdırmada qeyd olunub ki, qırmızı ət uzun illərdir ürə
31 mayDistant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı
Harvard və Virciniya universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, uzaqdan iş formatı əməkdaşların psixi vəziyyətinə mənfi təsir göstərir. xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan materialda məlumat verilib. Alimlər 500 mindən çox amerikalının sorğu məlumatlarını təhli
6 iyunAlimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəli genetik dəyişikliklərə qarşı müdafiə mexanizmi ola bilər. Araşdırmada bildirili
20 iyun