Qəzza nə qədər ziyan görüb? - Zərərin xəritəsi
Qəzza zolağının yeni peyk görüntüləri çəkilib.
Bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, görüntülərə əsasən, təxminən 98000 binanın zərər gördüyü məlum olub. Daha 100 minə yaxın binanın da zədələnə biləcəyi açıqlanıb.
Qəzzanın şimalındakı zərərin xəritələri
Xəritələrin təhlilini Nyu York Şəhər Universitetinin professoru Kori Şer və Oreqon Dövlət Universitetinin müəllimi Jamon Van Den Hoek aparıb. Onların qənaətinə görə, ilk hava zərbələrinə bölgənin şimal-şərq hissəsi məruz qalıb. Belə ki, Qəzza zolağının şimalında və şimal-şərqində yerləşən Beyt Lahia və Beyt Hanun şəhərləri HƏMAS-ın 7 oktyabr hücumlarından sonra hava zərbələrinin ilk hədəfi olub. Çünki İsrail Müdafiə Qüvvələri (IDF) ərazinin HƏMAS üçün sığınacaq olduğunu bildirib.
Yuxarıdakı şəkildən göründüyü kimi, oktyabrın 14-dən noyabrın 22-dək çoxmərtəbəli binaların silueti və məscidlər tədricən dağıdılıb. Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsi isə hərbi əməliyyatlarda bir neçə dəfə vurulub. BMT-nin məlumatına görə, düşərgədə təxminən 85 min insanın yaşadığı bildirilir.
Xatırladaq ki, noyabrın 24-ü Qəzza zolağında HƏMAS hərəkatı və İsrail arasında müvəqqəti atəşkəs barədə razılaşma qüvvəyə minib. İsrailin Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatları dekabrın 1-i bərpa edib./Qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 647 Tarix: 05 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd
12 iyulİran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi
Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik
12 iyulDünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür
Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, ən riskl
12 iyulİrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur
12 iyulElbrus dağında turist ÖLDÜ: İstintaq başladıldı
Elbrus dağında bir turist gözlənilmədən ölüb. xəbər verir ki, bu barədə Kabarda-Balkariya üzrə İstintaq Komitəsinin idarəsi məlumat yayıb. "Rusiya Federasiyası İstintaq Komitəsinin Kabarda-Balkariya Respublikası üzrə istintaq orqanları tərəfindən Elbrus dağında turistin ölümü faktı ilə bağlı ilki
11 iyulOman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər
Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini
12 iyul