Məşhur professor ağlayaraq şəhərlərin adını açıqladı - 7 baldan yuxarı ZƏLZƏLƏ olacaq
Seysmoloq, professor Naci Görür Türkiyədə seysmoloji vəziyyətlə bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib.
Sonxeber.az xəbər verir ki, o, dünən İstanbul da daxil olmaqla bir neçə rayon və şəhərlərdə hiss edilən 5.1 ballıq zəlzələ ilə bağlı açıqlamalar verib.
Candaş Tolqa Işığın verilişində qonaq olan Naci Görür, Kahramanmaraş zəlzələsindən əvvəl də xəbərdarlıqlar etdiyini xatırladıb. O, bildirib ki, tədbir görülməsə, 18 vilayətin taleyi Kahramanmaraş və Hatay kimi olacaq:
"18 vilayət və bir çox rayon fay xətləri üzərində yerləşir. Bunlardan biri Maraş və Hatay idi. İndi onlar getdi. Fay xəttində yaşayan vilayətlərin taleyi Maraş və Hatay kimi olacaq".
Naci Görürün 7 və ya daha çox bal gücündə zəlzələ gözlədiyi 18 rayon və şəhə bunlardır: "Eskişehir, Dənizli, Muğla, Ərzincan, Kayseri, Şile, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkesir, Burdur, Manisa, Hakkari".
"Bu fay Şimali Anadolu fayının cənub qolunun bir hissəsidir. Cənub qolu yavaş-yavaş hərəkət edən ancaq gərginlik toplayan faydır. 1999-cu il zəlzələləri zamanı enerji itirdi. İndi şimal qolunda zəlzələni gözləyirik. Hazırda heç bir problem görmürəm, amma Gəmlikdə tədbir görülməlidir. və bu yaşayış sahəsi zəlzələyə davamlı olmalıdır. Bu şəhərin yerləşdiyi yer çox təhlükəlidir və birbaşa Gəmlik qırağındadır",-deyə professor əlavə edib./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4105 Tarix: 05 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabrABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir
ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria
30 sentyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrFransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre
30 sentyabr