Şəhid ailəsindən İDDİA - "Oğlumun xatirəsinə bulaq düzəltmək adı ilə pulumuzu alıb..." – VİDEO
Beyləqan rayon ərazisində yerləşən Xocavənd qəsəbəsində yaşayan şəhid valideynləri dələduz tərəfindən aldadıldığını iddia edir.
Bizim.Media-nın yerli bürosuna müraciət edən şəhid Xəyal Namazovun atası Xudaverdi Namazov başına gələnləri əməkdaşımıza danışıb.
Xudaverdi Namazovun sözlərinə görə, özünü qeyri-hökümət təşkilatının rəhbəri kimi təqdim edən Hamlet Gülməmmədov adlı şəxs əvvəllər şəhidin böyük şəkli vurulmuş yeri onlardan alaraq xatirə bulağı tikmək qərarına gəlib.
İddialara görə, Hamlet Gülməmmədov öncə xatirə bulağının təşkilat tərəfindən inşa ediləcəyini desə də, sonra ailədən tikinti materiallarına və usta xərclərinə görə dəfələrlə pul alıb. Lakin ailənin sonradan tələb edilən əlavə məbləğə imkanı çatmadığı üçün işi dayandırmaq qərarına gəliblər.
Nəticədə isə şəhid ailəsi dələduzluğun qurbanı olduqlarını bildirirlər.
Daha ətraflı hazırladığımız videoreportajda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 649 Tarix: 21 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabrMüəllimlərə verilən bayram sovqatı müzakirə yaratdı - Açıqlama - Video
Son günlər sosial şəbəkələrdə Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən müəllimlərə göndərildiyi iddia edilən bayram hədiyyəsi geniş müzakirələrə səbəb olub. Belə ki, görüntülərdə bayram sovqatının içində bir neçə şirniyyat məhsulunun olması birmənalı qarşılanmayıb. "Qafqazinfo" xəbər veri
22 dekabrSəhiyyə Nazirliyi əhaliyə müraciət etdi
Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artımın müşahidə olunduğu qeyd edilib. Bildirilib ki, hav
22 dekabrMeyxanaçı Kərim dəfn edilidi (FOTO)
Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə
20 dekabrİcra başçısının sabiq müavini də azadlığa çıxdı
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb. Teleqraf xəbər verir ki, amnistiya aktı ona da şamil edilib. Xatırladaq ki, Neftçalan Rayon İcra Hakimiyyətinin sabiq müavini Gültəkin Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilib
22 dekabrXanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş (FOTO)
Ötən gün Naxçıvanda ər-arvad dəm qazından boğularaq ölüb. "Unikal"a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub. Mərhumun həyat yoldaşı 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib. Onların 2 yaşlı övladı isə həmin gün nənəsigildə olub
22 dekabr"Yola çıxanda gördüm ki, canavar qadını tutub..." - Video
"Bir də gördük ki, qadınların qışqırıq səsi gəldi. Tez durub səs gələn yerə qaçdıq. Gördüm ki, atam canavarı boğur". "Qafqazinfo" xəbər verir ki, bunu dekabrın 20-si Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərdən biri - Fariz Lətifov "Baku TV"yə açıqlamasınd
22 dekabrDəniz Əsədova azadlığa buraxıldı
Müğənni Dəniz Əsədova Amnistiya aktı ilə azadlığa buraxılıb. O, bu gün 4 saylı cəzaçəkmə müəssisədindən azadlığa buraxılıb. Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib. O, vəkil Asim Abbasovu təhqi
22 dekabr