Üzvlük, yoxsa sadəcə vəd? - İrəvan da ümidlənib ki...

Üzvlük, yoxsa sadəcə vəd? - İrəvan da ümidlənib ki...Avropa İttifaqı (Aİ) uzun sürən götür-qoydan sonra nəhayət müvafiq qərar qəbul etməyə cürət edib. Gürcüstana namizəd statusunun verilməsi, Ukrayna və Moldovanın üzvlüyə qəbul ilə bağlı danışıqlara başlanılması son günlərin ən aktual mövzusudur. Bəs Avropa bu qərarı verməkdə nə qədər səmimidir?

Həqiqətənmi Aİ bu üç ölkəni öz sıralarına daxil edəcək? Tbilisidə bu hadisəni atəşfəşanlıqla qeyd edən gürcülər görəsən neçə il gözləməli olacaqlar? Və yaxud qalan iki ölkə - Moldova və Ukrayna neçənci ildə üzvlük barədə danışıqlara ümid edirlər? Sual çox, cavab isə azdır. Avropa belə vədləri çox verib və ortada bizə yaxşı tanış olan Türkiyə nümunəsi var. 60 ildən də artıqdır ki, Türkiyə Aİ-nin qapısında gözləyir. Üzvlüklə bağlı bütün şərt və tələbləri yerinə yetirsə də, ortada nəticə yoxdur.

Üzvlüklə bağlı yeni qərarlar qəbul etməklə Avropanın hədəfi bəllidir. Bu dövlətləri Rusiya təsirindən tamamilə uzaqlaşdırmaq. Gürcüstanla bağlı konkretliyin arxasında isə Tbilisidə son vaxtlar artan rusiyameyilliyi azaltmaqdır. Moldova və Ukrayna artıq Moskva ilə bağlı siyasətlərini müəyyənləşdiriblər, bu səbəbdən onlardan narahat deyillər.

Ermənistan da ümidlənib

Maraqlıdır ki, Gürcüstanla bağlı qərar Ermənistanı da ümidləndirib. Rusiya ilə münasibətlərini gərginləşdirmək siyasəti yürüdən İrəvan ümid edir ki, Qərbdə bunu qiymətləndirəcəklər. Bu səbəbdən, ritorikanı bir az da sətləşdirmək gərəkdir. Görünür, Qərbdən də bu istiqamətdə müəyyən mesajlar alıblar. Yəni ermənilər nə qədər sərt olsalar, antirusiya addımları atsalar, şans da artacaq. Bu mövqeni erməni politoloqu Aleksandr İsgəndəryan da bölüşür. Onun sözlərinə görə, Ermənistanın Avropaya inteqrasiyası onun Rusiya ilə qarşıdurmasından asılı olacaq. "Aydındır ki, nə Moldova, nə Ukrayna, nə də Gürcüstan indiki formada Avropaya inteqrasiya mərhələsi üçün heç bir kriteriyaya tam cavab vermirlər. Bu, siyasi qərardır və sırf Ukrayna müharibəsi və Avropa ilə Rusiya arasındakı qarşıdurmaya görə qəbul edilib. Avropa İttifaqının bu qədər açıq siyasi mövqeyini xatırlamıram. Bu, tamamilə fərqli bir vəziyyətdir. Ermənistanın bu prosesdə iştirak edib-etməyəcəyi və bunun hansı formada olması Ukrayna müharibəsindən və Rusiyanın Avropa ilə münasibətindən asılıdır", - deyə İsgəndəryan vurğulayıb.

Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır

Qayıdaq Gürcüstana. Maraqlı olan torpaqları işğal edilən Gürcüstana statusun verilməsidir. Halbuki qurum əvvəlki bəyanatlarında və şərtlərində bunu qəbul etmirdi. Ehtimallara görə, bu addımla bir neçə hədəf güdülür. Qərb Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyanı bu yolla Gürcüstana inteqrasiya etməyi hədəfləyir. Buna nail olacağı isə az ehtimal edilir. Bu əyalətlər Rusiyaya tam bağlıdır və ondan heç ayrılmağı da düşünmürlər.

Gürcü politoloq Nika Çitadzenin sözlərinə görə, Aİ Avropayönlü çoxluğu sakitləşdirmək üçün onlara namizəd ölkə statusu verib. Amma gələcəkdə Avropaya inteqrasiya iqtidarla müxalifət arasında dialoqun qurulması ilə əlaqələndirilməlidir. Ekspert Şota Apxaidze də hesab edir ki, Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır: "Tbilisi Aİ və ABŞ-nin təsirindən çıxmağa başlayıb. Gürcüstan hakimiyyəti Qərb tərəfdaşları ilə açıq şəkildə qarşıdurmaya gedib, bu da əvvəllər heç vaxt baş verməyib. Nəticədə Brüssel ölkəni itirməkdən qorxdu və qəzəbini mərhəmətə çevirdi".

Ukrayna və Moldova hələ də gözləyir

Ukrayna və Moldovaya gəldikdə, konkret Kiyevin Aİ ilə danışıqlara daxil olması uğrunda mübarizəsi Brüsseldə keçirilən sammitin son dəqiqəsinə qədər davam edib. Aİ dövlət başçılarının üzvlük danışıqlarına başlamaq qərarı hər iki ölkəyə yaxşı şans versə də, onları ciddi daxili problemlərin həlli zərurəti ilə üzləşdirir. Moldovanın Fəaliyyət və Həmrəylik Partiyasından olan Oazu Nantoi hesab edir ki, sakinlərin ən azı 55%-i ölkələrini Aİ-də görmək istəyir. Onun sözlərinə görə, bir neçə il davam edə biləcək danışıqlar zamanı avrointeqrasiya dəstəyinin özəyi Moldovada möhkəmlənəcək. Bunun üçün Ukraynada sülh lazımdır. Hər iki ölkənin Aİ-yə üzvlük yolunda keçəcəyi çətinliklərə gəlincə, yerli müşahidəçilər hesab edir ki, ən çətini cəmiyyətin özündə stereotipləri yıxmaq olacaq. Daha çox da Moldovada. Məsələn, son bir neçə ildə bu ölkədə qanunun aliliyinə və məhkəmə sisteminə etimadsızlıq yaranıb. Hər iki ölkədə korrupsiya, məhkəmə sistemində problemlər var.

Moldovanın Avropaya inteqrasiya yolunda əsas maneələrdən biri qondarma Dnestryanı məsələsi ola bilər.

Bir il yarım ərzində Moldovada həm parlament, həm də prezident seçkiləri keçiriləcək. Ölkədə hakimiyyət dəyişsə, Kişineunun Avropaya inteqrasiya kursundan əl çəkərək "üzünü Moskvaya çevirməsi" təhlükəsi yarana bilər.

Beləliklə, Avropanın vəd etdiyi üzvlük məsələsinin tez bir zamanda baş tutacağını gözləmək olmaz. Qərb postsovet məkanına daxil olan ölkələri nəzarətdə saxlamaq üçün bu cür şirnikləndirici vədlər verir. Hədəf də bəllidir, bölgədə mövqeyini gücləndirmək və Rusiyanı zəiflətmək ("Kaspi" qəzeti).


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 632   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq

Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n

29 sentyabr
.

İsrail ordusu Qəzzanın şimalındakı HƏMAS briqadasının komandirlərinin girov götürüldüyünü açıqladı

Ordu və İsrail Təhlükəsizlik Agentliyinin (Şin Bet) cümə günü açıqladığı məlumata görə, çərşənbə axşamı İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri 7 oktyabr hadisələrindən sonra girov saxlayıb. The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafi

2 oktyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr
.

Yəmən Hərbi Hava Qüvvələri Taiz əyalətində Husilərin hədəflərinə 20 hava hücumu həyata keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə günü bildirib ki, hava qüvvələrinin döyüş təyyarələri son üç saat ərzində Taiz əyalətindəki husi hərəkatlarına, gücləndirmə qüvvələrinə, toplanışlarına, şəxsi heyətinə, nəqliyyat vasitələrinə və hərbi texnikaya 20 dəqiq zərbə endirib. The Jerusalem Post-a istinadə

2 oktyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr