Mənimsəmədə ittiham olunan Niyam Salami: "Oğurluğun üstü açılıb, məni artıq boğaza yığıblar"

Mənimsəmədə ittiham olunan Niyam Salami: "Oğurluğun üstü açılıb, məni artıq boğaza yığıblar"Adı 21 min 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə ittiham hallanan müğənni Niyam Salami hadisənin təfərrüatı ilə bağlı danışıb.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, "My Beach"restoranının anbardarı mühasiblə əlbir olub onu şərləməyə çalışırlar.

"Həmin restoranın anbardarı vəzifəsində çalışan Fəxrəddin adlı şəxsi ora mən gətirmişdim, mənim işçim idi. Yəni restoranın indiki rəhbəri Məhərrəm Novruzovun işçisi deyildi. Hər gün toy olan obyektlər var heç onlar kömürə 22 min manat pul vermirlər. Sən kimsən ki, gətirib 22 minlik malı ora töküb getmisən? Fəxrəddinlə mühasib əlbir olub belə bir oğurluq ediblər. İndi isə həmin oğurluğun üstü açılıb.

Məni artıq boğaza yığıblar. İstəmirəm o Məhərrəmin gördüyü işləri açım danışım. Mən desəm, onun evi yıxılar. Bütün bu işləri qarışdıran oranın müdiri Məhərrəm Novruzovdur. Duzlu gölün yanında, "Qurtuluş"da camaatın başına oyun gətirilən də, orada yaşayan insanların qazını kəsən də o insandır. Soruşan da yoxdur ki, işlətdiyin camaatın pulunu niyə vermirsən? Niyə mənim adımı çəkirsən?" - deyə N.Salami bildirib.

14:30

Müğənni Niyam Salami Sumqayıt şəhər sakini E.Abbəkirovun 21 min 800 manat dəyərində kömür məhsulunu mənimsəmədə ittiham olunur.

Oxu.Az xəbər verir ki, bu barədə müğənni Teleqraf.com-a açıqlama verib.

O bildirib ki, VÖEN hesabı onun adına olduğu üçün hər şeyi onun üzərinə atıblar:

"Restorana gətirilən ən bahalı ərzaq ətdir. Bir gündə restorana 5-8 min manat dəyərində ət gətirilir. Necə olar bilər ki, restorana 21 min 800 manat dəyərində kömür gətirilsin?! Bu qədər kömürü restorana kim gətirə bilər?! Niyam Salami bir dəfə də olsun kömür satanı görməyib. Mən onda səhv etdim ki, adıma VÖEN açdırdım. VÖEN adıma olduğu üçün hər şeyi üzərimə atdılar".

Niyam Salami günahın iddiaçıda olduğunu deyib:

"Sənin pulunu kimsə vermirdisə, o zaman mənə müraciət edərdin. Kabinetdə otururdum, məni tapmaq çətin deyildi. Bildirərdin ki, Niyam bəy, sizin adınıza restorana mal gətiririk, başımıza belə oyun açırlar. Həmin vaxt məsələni həll edərdim. Mən restorandan gedəndən sonra deyirlər ki, Niyam Salami 21 min 800 manat pul borcludur. Bu, reallıq deyil. Kömür satana heç kim inanmasın. Restoranın sahibinə gücləri çatmır.

Mən restorandan uzaqlaşandan sonra tədricən müflis olmağa başladılar. Restoranın VÖEN-i mənim adıma olduğu üçün bütün borcları üzərimə atdılar. VÖEN adıma olduğu üçün mən balamın boğazından kəsib, məcbur olub, yavaş-yavaş pulları ödəyirəm".

10:26

Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur.

Oxu.Az-ın məlumatına görə, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsini bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2579   Tarix: 17 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr