Bu gün dünyaşöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür - VİDEO
Bu gün Azərbaycanın Xalq artisti, ictimai xadim Zeynəb Yəhya qızı Xanlarovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, görkəmli sənətkar 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub.
O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun" , "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb.
Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Cahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.
1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Changirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutub. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib.
Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının Milli Məclisinin I, II, IV və V çağırış deputatı olub.
O, 7 iyul 1967-ci ildə "Azərbaycan SSR Əməkdar artisti", 24 mart 1975-ci ildə "Azərbaycan SSR Xalq artisti", 15 mart 1978-ci ildə "Ermənistan SSR Xalq artisti", 28 iyul 1980-ci ildə isə "SSRİ Xalq artisti" fəxri adına layiq görülüb.
2 iyul 1971-ci ildə "Şərəf nişanı", 26 dekabr 1986-cı ildə "Xalqlar Dostluğu", 27 dekabr 1996-cı ildə "Şöhrət", 26 dekabr 2006-cı ildə "İstiqlal", 26 dekabr 2016-cı ildə "Heydər Əliyev ordenlərinə layiq görülüb.
18 fevral 1986-cı ildə "Qızıl val" mükafatı ("Melodiya" firması), 26 aprel 1988-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı, 28 dekabr 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kənan MM-ə AĞIR İTKİ - FOTO
Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb
7 sentyabr 2021"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO
Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan
3 sentyabr 2021Məşhur müğənni koronavirusdan vəfat etdi
Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib
6 sentyabr 2021Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...
Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb
2 sentyabr 2021"Sirtaki"nin müəllifi olan bəstəkar öldü
Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd
3 sentyabr 2021Jan-Pol Belmondo vəfat etdi
Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm
6 sentyabr 2021"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"
"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə
9 sentyabr 2021Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO
BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından
14 sentyabr 2021Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara
18 sentyabr 2021