Serdar Ortaçdan üzücü xəbər: "Ayağımı amputasiya edə bilərlər"
Türkiyəli məşhur müğənni Serdar Ortaç şou-biznes aləminin ən çox danışılan adları sırasındadır. 2014-cü ildə evləndiyi irlandiyalı model Xloye Lounanla 2019-cu ildə boşanan Ortaç dağınıq skleroz xəstəliyi ilə mübarizə aparır.
53 yaşlı müğənni xəstəliyinin müalicəsi olmadığını bildirib.
"Ayaqqabılarımı təkbaşına çıxarmaqda belə çətinlik çəkirəm. Üç dəfə tutuşmuşam, dördüncü tutma olsa, bu təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Baxaq, inşallah, heç nə olmaz", - deyə o, vəziyyəti barədə danışıb.
Ortaç hazırda depressiyada olduğunu vurğulayıb.
"Buna səbəb eşq acısı və ya boşanmağım deyil. Yeganə səbəb xəstəliyimdir. Atamı və qardaşımı itirdim, pandemiyadan sonra mənim üçün çox pis oldu. Mənə milyonlar versəniz, fərq etməz, paltarımı 300 dəfə geyinərəm, heç vecimə də olmaz. İnsan xəstələnəndə çox şeyin əhəmiyyəti qalmır. Təsəvvür edin, artıq velosiped də sürə bilmirəm. Bu vəziyyət məni sıxır".
Məşhur müğənni hazırda həyatında heç kimin olmadığını vurğulayıb:
"Xüsusən də uşaq atası olmaq üçün çox gecikmişəm. Hər şeyi Allah bilir, görəcəyik. Uşaq sahibi olmaq istərdim", - deyə o, arzusunu dilə gətirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25 oktyabrElnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
17 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabr"Banu" Günel illər sonra - Foto
"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər
26 oktyabr"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabrÖvladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11 oktyabr