MSK sədri: "72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib"
"Növbədənkənar prezident seçkisini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.
MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosu (DTİHB) 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə Ali Seçki Şurası beş nəfərlə prezident seçkisində müşahidəçi qismində iştirak üçün müraciət edib.
O bildirib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası müşahidə missiyası ilə bağlı məlumatlar göndərib. Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir. Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 631 Tarix: 06 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu institut ləğv edilir
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə
10 iyunBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyunAzov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili
9 iyun