Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayana qədər artıq Qarabağdakı separatçı qurumun xarici aləmlə bütün əlaqələri kəsilmişdi. Onların böyük bir hissəsi məhv edilmiş, keçmiş Dağlıq Qarabağın ətrafındakı rayonlar azad edilmişdi".
Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
O, bildirib ki, yalnız Xankəndi və onun ətrafındakı bəzi yaşayış məntəqələrində separatçı qurumun qanunsuz silahlı dəstələri və Ermənistan ordusunun bəzi qüvvələri mövcud idi, onlar da çarəsiz vəziyyətdə idilər:
"Belə bir şəraitdə Şahramanyanın həmin sənədi imzalaması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınması və ya bərpa olunması anlamına gəlmirdi. Bu, Şahramanyanın və onun ətrafındakı dəstənin təslim olmasının göstəricisi idi. Sentyabrın 28-də Şahramanyanın imzaladığı sənəd separatçı rejimin qəti şəkildə təslim olmasının əlaməti, separatçı və qanunsuz silah daşıyan şəxslərin ağ bayraq qaldırması demək idi. Bu hadisənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə nə tarixi, nə siyasi, nə də hüquqi baxımdan bağlılığı var".
Onun sözlərinə görə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası tarixində bütün dünyanın gördüyü, eşitdiyi və qəbul etdiyi bir sıra faktlar var:
"Bunlara 2020-ci il noyabrın 8-də imzalanmış bəyanat, separatçı rejimin və işğalçı qüvvələrin işğal olunmuş rayonlardan tam şəkildə çıxarılması, Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etməsi və Paşinyanın 2022-ci ilin oktyabrında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması daxildir. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda mübarizə tarixində yadda qalacaq əsas elementlər bunlardır. Şahramanyanın imzaladığı sənədin isə bu sırada hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 154 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr