Azərbaycan Prezidenti: "Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır"
"Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar".
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı deyib ki, bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır.
"Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum", - deyə Prezident vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 926 Tarix: 10 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr