"30 il həsrətdən sonra, Qarabağı istirahət mərkəzi etmək olmaz, orada yaşamaq lazımdır" - ŞƏRH
Dünən İlham Əliyev yeli telekanallara müsahibəsində Qarabağda yaşamaq istəyən şəxlər barədə mövzuya aydınlıq gətirib.
"Biz orada yaşamaq istəyənlər üçün evlər tikirik, orada bir bağ evi əldə etmək istəyən üçün yox. Ora bağ evi deyil, ora yaşamaq yeridir. Kim orada yaşamaq istəyirsə, dövlət onun üçün pulsuz ev də tikir, hər şey də təşkil edir. Əgər kimsə orada, sadəcə olaraq, gözəl təbiəti və təmiz havanı nəzərə alaraq köçmək istəyirsə, özəl sektor onlar üçün orada, məsələn, Ağdam şəhərində indi özəl sektor bir yaşayış kompleksi inşa edir, çoxmərtəbəli ev, kim istəyir gedib ondan ev alar, orada da yaşayar. Daşaltıda da, Hadrutda da bu gün bu layihələr icra edilir. Ona görə özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər".
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib.
O, bildirib ki, Qarabağı istirahət mərkəzi etmək olmaz:
"Qarabağda nəinki qarabağlılar, hərkəs orada rahatlıqla yaşamalıdır. Azərbaycada elə kəndlər var ki, orada nəinki içməli hətta suvarma suyu belə yoxdur. Onlar çimmək üçün belə suyu pulla alırlar . Elə kəndlərdə yaşayan əhalinin də Qarabağa köçməsi daha məqsədəuyğundur. Azərbaycanın bir sıra rayonlarının ən mənzərəli yerlərində hansısa məmurların, iş adamlarının bağ evi alır. Amma illərlə heç ora getmirlər. Biz əgər Qarabağı tam mənimsəmək istəyiriksə, orada yaşanılmalıdır .
Ermənilər Qarabağda məskən salır, yaşayırdılar. Müxtəlif işarələr qoyurdular. 30 il həsrətdən sonra Qarabağı istirahət mərkəzi etmək olmaz, orada yaşamaq lazımdır. Bu çox doğru yanaşmadır".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?