Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub2024-cü ilin 11 yanvar tarixində Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu "Independent Arabia" xəbər saytında Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı səsləndirdiyi bəzi bəyanatlar dərc olunub.

"Azərbaycan: Ermənistanla sülh sazişinin imzalanması üçün şərtlər "hazırlanıb" başlığı altında dərc olunan yazıda Prezident İlham Əliyevin ölkəsinin qonşusu və əsas düşməni olan Ermənistanla sülh sazişinin imzalanması üçün "şərtlərin hazır olduğunu" hesab etməsi və iki ölkə arasında "yeni müharibə"nin başlamasını istəmədiyini vurğulaması öz əksini tapıb.

Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsinin imzalanması üçün real şərait təmin edilib. Ona görə də biz mətn üzərində çox işləməliyik.
Xəbərdə o da vurğulanır ki, bu nikbinlik müşahidəçilərin iki Qafqaz ölkəsi arasında davam edən danışıqlarda əldə olunan irəliləyişin miqyası ilə bağlı ifadə etdikləri ehtiyatlılıqla ziddiyyət təşkil edir və Ermənistanla Azərbaycan arasında bir çox fikir ayrılıqları hələ də davam edir.

Ermənistan və Azərbaycan arasında birinci müharibənin 1990-cı illərdə, ikincisinin isə 2020-ci ildə olması, 2023-cü ilin sentyabrında Dağlıq Qarabağın Azərbaycanın tam nəzarətinə keçməsi, 2023-cü ilin dekabr ayında iki ölkə arasında əsirlərin mübadiləsinin həyata keçirilməsi və sülh sazişinin bağlanacağına ümidlərin artması, lakin gərginliyin hələ də yüksək olaraq qalması barədə məlumatlar xəbərdə öz əksini tapmışdır.

Prezident İlham Əliyev müsahibəsində "Ermənistanla yeni müharibənin olmayacağına əmin olduğunu" vurğulayaraq, "müharibənin qarşısını almaq üçün əlindən gələni edəcəyini" bildirib.

Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisi Qafqazda vəziyyətin pisləşməsinə səbəb olmaqda ittiham edib. Parisi İrəvana verdiyi dəstəyə görə tənqid edən İlham Əliyev müsahibəsində Fransanın Ermənistanı silahla təmin etməklə onu yeni müharibəyə hazırladığını diqqətə çatdırıb.

Bu yaxınlarda Bakının casusluqda şübhəli bilinən bir Fransa vətəndaşını həbs etdiyini elan etdikdən sonra Azərbaycan Fransadan onun daxili işlərinə "qarışmamağa" çağırıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 695   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr