Ruslan Şevçenko: "Aİ Ermənistanı Azərbaycanla yeni münaqişəyə sövq edir"

Ruslan Şevçenko: "Aİ Ermənistanı Azərbaycanla yeni münaqişəyə sövq edir""Avropa İttifaqını təşkil edənlər, ilk növbədə, Qərbi Avropa ölkələrində (Almaniya, Hollandiya, Lüksemburq və başqaları, xüsusilə Fransa və Belçika) XIX əsrin sonu-XX əsrlərin əvvəllərində çoxsaylı və nüfuzlu erməni icması formalaşmağa başladı. Bu icma uzun müddətdir adı çəkilən ölkələrdə siyasi vəziyyətə təsir edir. Bəzi dövlətlərə, məsələn Fransa və Belçikaya icmadan o qədər güclü təzyiq olunur ki, həmin ölkələrdə nadir hallarda hansısa siyasətçi ermənilərə zidd mövqe ifadə edə bilir".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Moldovanın tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenko deyib.

Avropa İttifaqı rəsmilərinin Azərbaycana qarşı qərəzli açıqlamalarının pərdəarxası məqamlarından danışan politoloq, erməni lobbisinin kirli pulları ilə ayaqda qalan bir qurumdan fərqli mövqe gözləməyin doğru olmadığını bildirib:

"Aİ Ermənistanı yeni münaqişəyə sövq edir"

"Aİ və Avropa Parlamentinin rəhbərliyi Belçika və Fransada yerləşir. Nəticədə Peter Stano kimi Aİ rəsmiləri yerli ermənilərin mövqeyini tam bölüşməsələr də, onunla razılaşmasalar da, onların arxasınca getməyə məcbur olurlar. Üstəlik, eyni səbəbdən açıq-aşkar anti-Azərbaycan mövqeyi sərgiləyən Avropa İttifaqı bəzən mahiyyət etibarı ilə qızışdırıcı mövqedən çıxış edərək, Azərbaycanın Ermənistana qarşı gözlənilən "təcavüz"ü iddialarını səsləndirir, Ermənistan rəhbərliyini Azərbaycanla yeni münaqişəyə sövq edir.

Mahiyyətcə, bu gün Rusiya və ənənəvi olaraq ermənipərəst simpatiyaların güclü olduğu ABŞ-ın Demokratlar Partiyasının bir çox nümayəndələri Avropa Birliyinin bu mövqeyini dəstəkləyirlər. Bu dövlətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olur, Ermənistan-Azərbaycan münaqişəsinin "dondurulmasını" dəstəkləyirlər. Respublikaçı senator M.Rubio kimiləri də Azərbaycanı Cənubi Qafqazda hansısa "qeyri-sabitlik" təşkil etməkdə ittiham edirlər", - deyə politoloq qeyd edib.

Adları vasitəçidir, əslində isə...

Şevçenko bildirib ki, bugün Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi çıxış etmək istəyən bir çox ölkənin əsas məqsədi əslində Cənubi Qafqazda qeyri-sülhün olmasına hesablanıb:

"Bu gün həm Rusiya, həm də Avropa İttifaqı Azərbaycan və Ermənistana münaqişənin yekun həlli üçün platforma təklif edir. Lakin getdikcə aydın olur ki, nə Rusiya, nə də Avropa İttifaqı münaqişənin həqiqi həllinə həqiqətən ehtiyac duymur.

Ermənistanın baş naziri Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında Rusiya Federasiyasının rolunu minimuma endirməyə çalışır. Eyni zamanda, Nikol Avropa İttifaqı və ABŞ-ı əsas vasitəçiyə çevirməyə çalışsa da, bu cəhdlər hələ də alınmır.
İndi Aİ və ABŞ Ermənistanı sistemli şəkildə Azərbaycanla yeni müharibəyə doğru sövq edir. Lakin harada və necə başlamasından asılı olmayaraq, baş verə biləcək toqquşmada Ermənistan mütləq məğlub olacaq. Bundan sonra isə həmin avropalı diplomatlar çıxıb deyəcəklər ki, "biz sizə demişdik". Çünki müstəqil xarici siyasət imkanlarını məhdudlaşdırmaq onların əsas məqsədidir", - deyə R.Şevçenko əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 850   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr