Şirvanda zavodda partlayışın ilkin səbəbi, yaralıların adları və diaqnozları açıqlandı - YENİLƏNİB
Şirvanda hərbi təyinatlı zavodda partlayış zamanı xəsarət alanların diaqnozları açıqlanıb.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, zavoddakı partlayış nəticəsində xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub:
"1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş-cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub".
Bildirilir ki, hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.
16:20
Şirvanda zavodda baş vermiş partlayış zamanı üç nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd olunur ki, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Şirvan Araz zavodu" MMC-də partlayış baş verməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla hadisə nəticəsində üç nəfərin - 1992-ci il təvəllüdlü Elçin Cahangir oğlu Babayev, 2001-ci il təvəllüdlü İsmayıl İntiqam oğlu Muradov və 1999-cu il təvəllüdlü Məhəmməd İlham oğlu İmanovun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
"Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.
16:15
"Şirvan Araz zavodu" MMC-də istehsalat qəzası baş verib".
Bu barədə Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus "Şirvan Araz zavodu" MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun iki əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Ambulator müalicəyə buraxılan hər iki əməkdaş özünü yaxşı hiss etdiyini bildirib.
15:45
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz" zavodunda partlayış baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Müdafiə Sənayesi Nazirliyindən Oxu.Az-a bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?