Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara necə təsir edəcək?

Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara necə təsir edəcək?Ölkələrin iqtisadi inkişaf, maliyyə dayanıqlığı göstəricilərindən biri də qızıl istehsalı və ya ehtiyatının həcmidir. Azərbaycanda da qızıl mədənləri mövcuddur. Həmin mədənlərdən hasil edilən qızılın miqdarı müəyyən dövrlər üzrə dəyişkəndir. Hazırkı statistika isə azalan istiqamətdədir. Dövlət Statistika Komitəsi xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 2 min 614 kiloqram qızıl hasil edilib. Bu rəqəmlər 2022-ci ilin göstəricilərindən 17,7 faiz azdır.

Bəs hasilatın azalmasına səbəb nədir? İşğaldan azad olunmuş ərazilərimizdəki qızıl mədənlərində hasilat prosesi başlayıbmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bu sektor Azərbaycan üçün yenidir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, hasilatın artırılması üçün yüksək texnologiyaların cəlb edilməsi lazımdır:

"Bütün hallarda nəzərə almalıyıq ki, bu sektor Azərbaycan üçün yenidir. Ona görə də mütəmadi olaraq, illik göstəricilərin dəyişməsini müşahidə edə bilirik. Bu da məhz həmin sektorun yeni olması və daha çox texnologiya tələb etməsi ilə bağlıdır.

Amma nəzərə almalıyıq ki, Zəngilanda və Kəlbəcərdə ehtiyatlarımız kifayət qədər böyükdür. İşğaldan azad edilən ərazilərimizdəki ehtiyatlarımızın böyük olması qızıl hasilatının artırılmasına imkan yaradacaq. Növbəti illərdə Azərbaycanda qızıl hasilatının artacağı gözlənilir. Çünki işğaldan azad olunmuş ərazilərimizdə daha intensiv şəkildə qızıl hasilatı mümkündür".

Yataqlara yenidən baxılması planlaşdırılır

İqtisadçı Elmir Səfərli bildirib ki, qızıl hasilatımız artırıldıqdan sonra dünya birjalarına da çıxmağımız mümkün olacaq:

"Azərbaycanda qızılın istehsalı ən çox Daşkəsən, xüsusən də Qarabağ zonasına düşür. Nəzərdə tutulur ki, gələcəkdə Qarabağ zonasında qızıl hasilatını artırmaq üçün o yataqlara yenidən baxışlar keçirilsin və resursların imkanları araşdırılsın. Gələcəkdə işğaldan azad olunan ərazilərdə də qızıl yataqlarının işlənməsinə başlanılacaq. Başlandıqdan sonra artıq istehsal da artacaq. İstehsal artdıqdan sonra həm yerli tələbatı ödəyə biləcəyik, eyni zamanda dünya birjalarında da qızılla bağlı fəaliyyətlər gerçəkləşdirmək mümkün olacaq".

Qızıla tələbat azalır
E.Səfərlinin fikrincə, qızılın qiymətində istehsal faktorları, maya dəyəri önəmlidir. Amma qızılın qiyməti maya dəyərindən asılı olmayaraq dünya birjasında tənzimlənir:

"Son dönəmlərdə qızılın qiymətində artımlar müşahidə olunur. 2023-cü ilin sonuna yaxın dünya birjasında qızılın qiyməti ən pik həddə çatıb. Hətta 2024-cü ilin ilk rübündə 2000 dollar həddini görə bilərik. Təbii ki, qiymət yüksəldikcə qızıla olan tələbat da azalır. Qiymət yüksəldikcə insanlar qızıldan yalnız investisiya məqsədilə istifadə edirlər. Tələbat azaldığına görə, qızılın istehsalı da aşağı düşür".

Zərgərlik sənayesinə təsir edəcəkmi?

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev qeyd edib ki, hasilatçılardan xam qızıl əldə edilməsi mümkün deyil deyə, hasilatın azalması zərgərlik sektoruna təsir etməyəcək:

"Bəli, əvvəlki dövrlə müqayisədə qızıl hasilatı nisbətən aşağı düşüb. Buna təsir edən müəyyən obyektiv səbəblər var. Amma hasilatın aşağı düşməsinin zərgərlik məmulatlarının istehsalına ciddi təsir etməsi gözlənilmir. Çünki yerli hasilatçılardan çox da böyük həcmdə xam qızıl əldə edilmir. Bu səbəbdən, hasilatın azalmasını zərgərlik sənayesinə təsir edən ciddi amil kimi qəbul etmək olmaz".

Zinət əşyaları bahalaşacaq

Sədrin sözlərinə görə, əvvəllər bazarda qramı maksimum 62 dollar olan xam qızılın qiyməti indi 66 dollara qalxıb:

"Qiymətlərin yüksəlməsinə hasilat təsir etmir. Qiymətli metalların birja qiymətində artım müşahidə edilərsə, o zaman qiymətlərdə artım ola bilər. Bu gün qiymətlərdəki artımı müşahidə edirik. 999 əyarlı bir qram xam qızılın qiyməti 65-66 dollar civarındadır. Halbuki uzun müddət 58-60 dollar civarında idi. Bəzi hallarda 62 dollara qədər qalxırdı. Amma son bir neçə aydır stabil olaraq 65-66 dollar həddindədir. Bu da zərgərlik məmulatlarının qiymətinin artmasında rol oynayacaq".

Məsələ ilə bağlı "AzərGold" QSC-dən bildirilib ki, onların qızıl istehsalında heç bir problem yoxdur. 2023-cü ildə şirkət tərəfindən 63,7 min unsiya qızıl hasil edilib. Bu "AzerGold"un fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir:

"Beləliklə, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 6% artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1,7 min unsiya və ya 3% artım qeydə alınıb".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2086   Tarix: 04 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd

20 iyun
.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb

Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,

30 may
.

Azərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. Xatırlada

28 iyun
.

Sahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız

Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini

4 avqust
.

Ruslan Quliyev dəfn olundu

Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar

9 iyun
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-d

21 iyul
.

Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyü

29 may
.

Azərbaycan nar ixracından 4 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə 299 min dolla

4 iyul
.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu

30 may