Bakıda BMW 528-i marixuananın təsiri altında sürdü, qəza törətdi
Bakıda narkotik vasitələrin təsiri altında "Rent a car"a məxsus lüks avtomobil idarə edən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1995-ci ildə Bakı şəhərində anadan olmuş Səlim (şərti ad) polis tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334-1.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. O, Nizami rayonu, H.Əliyev prospektində yerləşən hipermarketin qarşısında BMW 528 markalı *-KP-** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, o cümlədən narkotik vasitələrin təsiri ilə idarə edib.
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərib ki, BMW markalı *-KP-** dövlət qeydiyyat nişanlı avtomobil "Rent a Car"a aiddir, onu dostu Seymur götürüb. H.Əliyev prospektində yerləşən hipermarketin qarşısında avtomobili park etdiyi vaxt maneələri əzib. Buna görə də polis tərəfindən saxlanılıb. Tibbi müayinə zamanı onun qanında marixuana aşkarlanıb. Araşdırma zamanı bəlli olub ki, o, marixuananı Mərdəkanda tanımadığı şəxsdən alıb. Qaydaları pozan sürücü əməlindən peşman olduğunu bildirib.
Məhkəminin hökmü ilə təqsirləndirilən şəxs İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1067 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrPasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi
17 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr