Afaq Bəşirqızıdan SƏRT SÖZLƏR: "Artıq-əskik sözlər yazma, rədd ol, get teatrdan"

Afaq Bəşirqızıdan SƏRT SÖZLƏR: "Artıq-əskik sözlər yazma, rədd ol, get teatrdan""Daxili baxışda tamaşa haqqında nəticə çıxartmaq olmaz. Söhbət "Qadınım" tamaşasından gedir. Tamaşaçıların öhdəsinə buraxılmazdan əvvəl biz tamaşaya daxili baxış edirik ki, orada hər kəs öz fikrini bildirsin. Sonda isə əlbəttə ki, bu fikirlərlə rejissor razılaşır və tamaşaya əl gəzdirir. Ona görə də daxili baxışda tamaşa haqqıda resenziya yazmazlar"

Bunu Xalq artisti Afaq Bəşirqızı deyib.

O daha sonra əlavə edib:

"Mən istərdim ki, su içdikləri quyuya tüpürməsinlər. Bu, sizin teatrınızdır. Siz bu teatrdan məvacib alırsınız, teatrın halallığını almalısınız. Ayıbdır! Hərənin öz fikri var, mən bunlara əhəmiyyət vermirəm. Mən gözümlə gördüyümə əhəmiyyət verirəm. Teatrşünas Aydın Talıbzadənin fikirləri də mənim üçün çox önəmlidir. Bir çoxları "Qadınım" tamaşası haqqında yüksək fikirdədir. Əmrah da, Gültac da böyük ürəklə oynayırlar. Biz bu dəqiqə özümüzə Qərbi örnək bilirik. Amma dünya mədəniyyətini Şərqlə öyrəniblər. Şərqin mədəniyyəti qat-qat Qərbin mədəniyyətindən üstündür, varlıdır və gözəldir. Əgər biz dünya ilə hesablaşmaq istəyiriksə, bu tip tamaşaların olması normaldır. Bu, türk pyesidir, özünüz də görürsünüz ki, aktyorlar orada canlı oxuyurlar, çıxış edirlər, canlarını qoyurlar. Onların zəhmətini yerə vurmaq olmaz. Əgər o uşaqlardan hansısa sənin tələbən olubsa, müəllim birdən-birə o sözü tələbəsinə deyə bilməz. Deməli, sən pis öyrətmisən ki, tələbə belə pis olub. Ama tələbə çox gözəl oynayır. Rejissor İradə Gözəlova da tamaşaya möhtəşəm quruluş verib. O, birinci dəfə deyil ki, teatrda tamaşa hazırlayır. Tamaşa mənim çox xoşuma gəldi. İki dəfə tamaşaçı qismində izləmişəm. Əmrahla Gültacın oyununu, musiqi seçimini çox bəyənirəm. Onların zəhmətini qiymətləndirirəm. Teatrda "Paris Notrdam kilsəsinə ithaf", "Anamın kitabı", "Psix", "Mənim günahım" və s. tamaşalar olduğu halda "Qadınım" tamaşasının olması da çox vacibdir. Bu cür müasir tamaşaların oynanılması vacibdir, mütləqdir. Bütün bunlara hazır olmaq lazımdır, bu, teatrdır. Teatr aləmdir. Teatr başqa bir dünyadır. Əgər sən ora təsadüfi daxil olmusansa və orada gördüklərini anlamırsansa, çox xahiş edirəm rədd ol, çıx oradan. Nəinki başqa artıq-əskik sözlər yazasan".

Xalq artisti "Şən gənc" layihəsində münsif olaraq iştirak etdiyini qeyd edib:

"Bu layihəyə görə Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımı bildirirəm. "Bu şəhərdə" komandası ilə birgə hazırlanır. Rafael də, Coşqun da, Müşfiq də hər zaman incəsənətimiz üçün, teatrımız üçün çalışan insanlardır. Belə bir durğunluq, həyəcan vaxtında biz yeni tapıntılardan, yeni kəşflərdən, gələcəyin aktyorlarından danışırıq. Biz həm də orada narkomaniyadan, gənclərin pozulmasından, cəmiyyətdə özlərini apara bilməmələrindən danışırıq. Bu, tərbiyəli, əhəmiyyətli verilişdir. Mən "Bu şəhərdə" komandasına və Gənclər və İdman Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Layihə çox gözəldir. Onlar hələ cavandırlar, gəncdirlər. Ona görə də onlara ehtiyatlı yanaşmaq lazımdır. Onlarla elə davranmaq lazımdır ki, sabah canlarından artıq sevdikləri, çox maraq göstərdikləri sənətə tüpürüb getməsinlər. Münasibətdən çox şey asılıdır. Onlar bu dəqiqə intizarla bizim gözümüzə baxırlar ki, görsünlər, bu sənətkarlar nə irad tutacaqlar? Biz onlara zarafatla, könüllərini oxşamaqla cavab veririk. Bunun da nəticəsi odur ki, onlar yarışmadan sanki mükafat alıb çıxırmışlar kimi gedirlər. Mükafatın təsis olunması da gözəldir. Biri var idi, soruşdum ki, qızım, sən qalib olsan nə edəcəksən?! Dedi ki, mənim musiqi təhsilim var, amma pianinom yoxdur. Pianino alıb, mahnılar bəstələmək istəyirəm. Biri deyir ki, mən kompyuter almaq istəyirəm. Mən onların bu istəklərini Gənclər və İdman Nazirliyinə çatdırdım. İmkan daxilində bu istəkləri, arzuları yerinə yetirmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3128   Tarix: 17 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24 oktyabr
.

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)

Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status

11 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanadan evə buraxıldı

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb. Bu barədə aktrisanın özü Qaynarinfo-ya açıqlamasında məlumat verib. O, həmin gecə qan təzyiqinin həddindən artıq yüksəldiyini və özünü pis hiss etdiyini bildirib:. "Təzyiqim 200-dən yuxarı idi, özümü pis hiss edirdim. Təcili yardıml

26 oktyabr
.

ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild

23 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il

3 oktyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

24 oktyabr
.

Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)

Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol

10 oktyabr