Qızılcadan necə qorunmalı - İnteqrativ metod və dərmanlar

Qızılcadan necə qorunmalı - İnteqrativ metod və dərmanlarQızılca xəstəliyi hava-damcı yolu ilə insandan insana keçən yoluxucu xəstəlikdir. Bir dəfə yoluxan insanda ömürlük immunitet yaranır. Səpki başlanmazdan əvvəl 1-5-ci günlər yüngül hərarət, quru öskürək, burun axıntısı, gözlərdə qızartı müşahidə edilir. Bu dövrdə azı dişləri səviyyəsində yanağın içərisində ağ xırda ləkələr (Filatov-Koplik ləkələri) qızılca üçün xarakterik - patoqnomik (yəni qızılcanı təsdiqləyən) əlamətdir. Bu dövrdə və səpki başlayandan 4 gün (pnevmoniyası olanlarda səpkidən 10 gün sonraya qədər) xəstə kontaktda olanları yoluxdura bilər. 4-8-ci günlər yüksək hərarət (39-40°) olur.

"Medicina" xəbər verir ki, qızılca səpkisi mərhələli olur: bədənin yuxarı hissəsindən - başdan, qulaq arxası və boyun nahiyəsindən başlayaraq 1 gün ərzində üzə, qollara və gövdəyə yayılır.

Qızılcadan necə qorunmalı - İnteqrativ metod və dərmanlar

Sağlamlıq

Qızılca xəstəliyi hava-damcı yolu ilə insandan insana keçən yoluxucu xəstəlikdir. Bir dəfə yoluxan insanda ömürlük immunitet yaranır. Səpki başlanmazdan əvvəl 1-5-ci günlər yüngül hərarət, quru öskürək, burun axıntısı, gözlərdə qızartı müşahidə edilir. Bu dövrdə azı dişləri səviyyəsində yanağın içərisində ağ xırda ləkələr (Filatov-Koplik ləkələri) qızılca üçün xarakterik - patoqnomik (yəni qızılcanı təsdiqləyən) əlamətdir. Bu dövrdə və səpki başlayandan 4 gün (pnevmoniyası olanlarda səpkidən 10 gün sonraya qədər) xəstə kontaktda olanları yoluxdura bilər. 4-8-ci günlər yüksək hərarət (39-40°) olur.

"Medicina" xəbər verir ki, qızılca səpkisi mərhələli olur: bədənin yuxarı hissəsindən - başdan, qulaq arxası və boyun nahiyəsindən başlayaraq 1 gün ərzində üzə, qollara və gövdəyə yayılır.

2-ci gündə sarğı və bud, 3-cü gün isə ayaq pəncəsinə qədər yayılır. Mərhələ ilə də solur. Səpkilərin başlamasından 2-3 gün sonra hərarət normallaşır.

Gözlərdə konyuktivit əlamətləri və ișığa həssaslıq müşahidə edilə bilər. Səpkilər basmaqla solan, makulopapulyar, qaşınan, bir-biri ilə birləşməyə meyilli olur. Qızılca ağır xəstəlikdir, ciddi fəsadları olur, məs., ağır otit, pnevmoniya, ensefalit, panensefalit kimi; bəzən hətta ölümlə nəticələnir.
Ona görə xəstə mütləq həkim nəzarəti altında olmalı, lazım gələrsə xəstəxanaya yatırılmalıdır.

Xəstəlikdən qorunmağın əsas yolu isə qızılcaya qarşı peyvənddir. Bütün uşaqlara 1-6 yaşında qızılcaya qarşı peyvənd aparılmalıdır. Bu zaman ömürlük immunitet yaranır. Uşaq xəstələnmir, yoluxduqda isə xəstəliyi yüngül keçirir.

Müalicə zamanı sanitar-gigiyenik qaydalara əməl edilməli, otağın havası tez-tez dəyişdirilməli, xəstəyə yaxşı qulluq edilməli, düzgün qidalanması təmin olunmalıdır.

Xəstə bütün qızdırmalı dövrdə və qızdırma düşəndən sonrakı 2-3 gün müddətində yataq rejimində olmalıdır. Sonra tədricən yaşına uyğun normal rejimə keçə bilər. Dəri və selikli qişaların gigiyenasına ciddi qulluq olunmalı, məs., gözlər qaynanmış ilıq su ilə gündə bir neçə dəfə yuyulmalı, yeməkdən sonra ağız boşluğu qaynanmış ilıq su ilə yaxalanmalı, qurumuş dodaqlara vazelin, yağ sürtülməlidir və s.

Qidalanma əsasən yaşa uyğun olmalıdır. Böyük uşaqlarda qızdırmalı dövrdə yüngül, əsasən ağartılı, tərəvəzli–göyərtili qida verilir. Çətin həzm olan ətli-yağlı yeməklər məhdudlaşdırılır, ət qismində əsasən toyuq-balıqdan istifadə edilir. Duru, tərəvəz və göyərti ilə zəngin şorbalar yaxşı həzm olunur. Temperatur normallaşandan sonra tam dəyərli qidalanmaya keçilir.

Kiçik uşaqlarda qızdırmalı dövrdə iştahasızlıq olduğundan zorla yedirmək tövsiyyə olunmur. Bu uşaqlar üçün daha vacibi bol maye qəbuludur (açıq rəngli çay, meyvə şirələri, duru kisel, az şəkərli kompot, ilıq su). Bunlar az-az və tez-tez, ilıq şəkildə verilir. Temperatur normallaşandan sonra yaşa uyğun qidalanmaya keçilir.

Spesifik müalicəsi yoxdur; adətən müalicə simptomatik aparılır, yəni hərarət yüksək olduqda - qızdırmasalıcı, öskürəkdə- öskürəkəleyhinə preparatlar, vitaminlər və s. təyin olunur. Qızılca xəstəliyi virus infeksiyası olduğu üçün bakterial ağırlaşmaları olmadıqca antibiotik təyin olunmur.

Profilaktika məqsədilə, yəni immun sistemini virusa qarşı davamlı etmək, müdafiə hüceyrələrinin aktivliyini artıran təbii tərkibli Engystol preparatı ilə mümkündür. 1 ay müddətində 1 tabletdən gündə 3 dəfə dilaltı qəbulu insanı, xüsusən də cəmiyyətin həssas təbəqəsi olan yaşlı və uşaqları xəstəlikdən qoruya bilər. Engystol biotənzimləyici preparatdır, təbii interferon sintezini artıraraq virusəleyhinə təsir edir, iltihabın sona çatmasına kömək edir.
Qızılca xəstəliyi virus infeksiyası olduğu üçün bakterial ağırlaşmaları olmadıqca antibiotik təyin olunmur. Bilirik ki, bəzi insanlar qızılcanı yüngül keçirdiyi halda, bəzilərində fəsadlar olur, hətta ölümlə nəticələnir. Bu immun sistemi ilə çox bağlıdır.

Qızılcaya yoluxduqda virusəleyhinə Engystol preparatı və təbii tərkibli antibiotik Echinacea compositumun, hərəsindən 1 ampul bir şprisdə gündə 1 dəfə təyini (№5-10) və təbii antibiotik Notakehl preparatının 1 tab 3 dəfə təyini immun sistemini modulə etməklə, mümkün ağırlaşmaların qarşısını ala bilər.

Həmçinin, virus infeksiyaları zamanı yüksəkdozalı vitamin C –nin terapevtik faydası sübut olunmuşdur. Pascorbin-in (yüksəkdozalı vitamin C –nin) çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:

• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsiri göstərir (antioksidant çatışmazlığı immun sisteminə mənfi təsir göstərir) • İstifadə qaydası: Pascorbin 7.5 G -50 ml - flakon + 100 ml 0,9%-li NaCl-da həll edilərək venadaxili yavaş - yavaş yeridilir-həftədə 2-3 dəfə. Müalicə müddəti 2-5 həftə.

Bu sxem Covid 19 pandemiyası dövründə çox geniş istifadə olunmuş və xəstələrin şəfa tapmasına kömək etmişdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1345   Tarix: 27 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr