Xalq artisti son mənzilə muğamla yola salındı - FOTOLAR

Bu gün Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Ağaxan Abdullayevlə vida mərasimi keçirilib.

Vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər dövlət rəsmiləri, mədəniyyət nümayəndələri iştirak ediblər.

Xalq artisti Alim Qasımov görkəmli sənətkarla bağlı xatirələrini bölüşdükdən sonra onun şərəfinə muğam ifa edib.

Vida mərasimindən sonra mərhum sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

Mənbə: AzVision.az
Xalq artisti son mənzilə muğamla yola salındı - FOTOLARXalq artisti son mənzilə muğamla yola salındı - FOTOLARXalq artisti son mənzilə muğamla yola salındı - FOTOLARXalq artisti son mənzilə muğamla yola salındı - FOTOLARXalq artisti son mənzilə muğamla yola salındı - FOTOLARXalq artisti son mənzilə muğamla yola salındı - FOTOLARXalq artisti son mənzilə muğamla yola salındı - FOTOLARXalq artisti son mənzilə muğamla yola salındı - FOTOLARXalq artisti son mənzilə muğamla yola salındı - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2769   Tarix: 26 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021