"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış
Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub".
Sonxeber.az xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib.
O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həyat söndü.
"Sonra o vaxtlar da bitdi, ölkə dirçəlməyə başladı, neft pulları axdı, mədəniyyətə yaxşı vəsaitlər ayrıldı, amma teatrlara keçmiş maraq qayıtmadı.
Bunun bir çox səbəbləri var, həm subyektiv, həm obyektiv.
Mədəniyət sistemində korrupsiya ona gətirib çıxardı ki, teatrların təmirinə, xarici görüşünə daha çox önəm verildi, nəinki incəsənətə.
Fəxri adlar alveri, savaşlar, hərcmərclik, intriqalar, düzgün təbliğatın olmamağı, nəticədə Moskvada teatra düşmək üçün növbələrə düzülürdülər, bizdə biletləri zorla paylayırdılar.
Amma bu uzun söhbətdir, məqsədim o deyil, mən Operativ Qərargahı teatrların və kinoteatrların açılmasına çağırıram.
Əlbəttə, teatrlar açılan kimi oraya tamaşaçı axını olmayacaq, dediyim kimi, heç açıq vaxtlarında da böyük maraq yox idi. Amma unutmayaq ki, bu qərarın çox mühüm əhəmiyəti olacaq, çox mühüm!
Ticarət mərkəzlərini açıb teatrları bağlı saxlamaq bizim yalnız imicimizə deyil, mədəniyətimizə, mənəviyatımıza, mənliyimizə zərbə vurur. İllərdi bizə deyirdilər ki, "Azərbaycanlılar yalnız alveri bacarırlar, döyüşcü deyillər".
Elə edək ki, indi "Bunlar ancaq vuruşmağı bacarırlar, mədəniyətdən uzağdırlar" sözlərini deməsinlər ünvanımıza.
Xülasə, əgər incəsənət xadimləri bu məsələ ilə bağlı bir petisiya hazırlasalar, məni imza atmış hesab edə bilərsiniz".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabr1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqustŞair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqustMehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur
26 oktyabrCeki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər
4 avqust