Ramazan ayı ilə bağlı suallara cavab: Azan oxunarkən yemək olar? - VİDEO
Martın 11-dən dünya müsəlmanlarının müqəddəs ayı olan Ramazan başlayıb. Bəs müsəlmanların həyatında Ramazanın önəmi nədən ibarətdir?
Ramazan ayında oruc tutmaq islamın tələb etdiyi əsas beş şərtdən biridir. Orucun 624-cü ildə Məhəmməd peyğəmbər tərəfindən təsis edildiyi güman edilir. Rəvayətə görə, Ramazan ayı gecələrindən birində Məhəmməd peyğəmbərə ilk vəhy nazil olur. Müqəddəs Quran kitabı məhz bu ayda yazılmağa başlayır. Ramazan ayı müsəlmanlara imanlarının gücünü təsdiqləməyə, nəfsi idarə etməyə və mənəvi təmizlənməyə kömək edir.
Ramazan ayında oruc tutanlara tapşırılır ki, daxili saflığı qorusunlar, insanı murdarlayan fikirlərdən, vəsvəsələrdən və hərəkətlərdən uzaq olsunlar. Bu ayda sədəqə və yemək paylamaqla yoxsullara kömək edilməlidir.
Orucun başlama və sahurun qurtarma vaxtı imsak vaxtıdır. İmsak eyni zamanda gecənin sona çataraq yatsı namazının vaxtının qurtarıb sübh namazının vaxtının girdiyi andır. Odur ki, əgər azan imsak vaxtına müvafiq oxunursa, azan başlayana qədər yemək olar, hətta azan başladığı ərəfədə ağızda olan loxmaların da udulmasında hər hansı bir qəbahət yoxdur. Lakin azan təqvimdə göstərilən imsak vaxtından bir qədər sonra oxunursa, belə olan təqdirdə azana qədər yemək olmaz.
Oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələri iftar adlanır. İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq və ya ayran verilə bilər. Ramazan ayında iftar süfrəsinə adətən qohumlar, yaxınlar dəvət olunur. Belə bir rəftar müsəlmanların birliyini vurğulayır, ilahi bir iş sayılır və günahların bağışlanmasına kömək edir.
Ramazan ayı 29 və ya 30 gün davam edir, onun müddəti dini bayramların tarixlərini təyin etmək üçün istifadə olunan islam təqvimi ilə diktə olunur. İslam təqvimi yalnız ayın görünən fazalarından asılı olaraq Ay təqvimidir.
Günəş və qəməri illər arasındakı fərq 10 gündən 12 günə qədərdir. Bu uyğunsuzluq islam təqviminin aylarının fəsillərə nisbətən yerdəyişməsi deməkdir. Buna görə də Ramazan ayı ilin müxtəlif vaxtlarına düşür.
Oruc sübhdən təxminən iki saat əvvəl başlayır və gün batdıqdan sonra axşam bitir. Sübh anlayışı kifayət qədər çevik olduğu üçün Quranda bu barədə ayrıca göstəriş var: "Sübh çağı ağ sap və qara sap görənə qədər yeyin-için, sonra gecəyə qədər oruc tutun".
Xəstələr, müsafirlər, əsirlər və müharibədə vuruşan möminlər oruc tutmaqdan azaddırlar. Həddi-büluğa çatmamış uşaqlara oruc tutmaq vacib deyil. Müvəqqəti şəraitə görə orucdan azad olanlar onu sonrakı aylarda özlərinə münasib vaxtda saxlamalı və ya oruc tutmaq mümkün olmayan günləri kasıblara əl tutmaqla əvəz etməlidirlər.
Qeyd edək ki, oruc tutmaq təkcə ibadət deyil, orucun insan orqanizminə də çox böyük faydaları var.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1369 Tarix: 17 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrAyağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın
Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy
11 oktyabrHavasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın
İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav
11 oktyabr"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?
Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli
12 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabr