Hakan Fidandan gerçək Polat Alemdara bənzədilməsinə REAKSİYA - FOTO

Hakan Fidandan gerçək Polat Alemdara bənzədilməsinə REAKSİYA - FOTOTürkiyə xarici işlər naziri Hakan Fidan ilk dəfə olaraq Abdullah Çatlıya bənzədilməsi ilə bağlı açıqlama verib.

"Ölkə.Az" xəbər verir ki, o bu haqda Bursada gənclərlə görüşü zamanı danışıb.

Hakan Fidan bu cür zarafatlara öyrəşdiyini deyib: "Mən də artıq öyrəşmişəm. 14 yaşından dövlətin önəmli xidmətlərində olanda hər cür işlərlə əlaqələndirilirsən. Bu, bizim qismətimizdir. Edəcək bir şey yoxdur".

Uzun müddətdir ki, Hakan Fidanın əslində Abdullah Çatlı olduğu deyilir.

1996-cı ildə Susurlukda yol qəzasında həyatını itirən Abdullah Çatlının qızı Gökçen Çatlı ilə Hakan Fidanın doğum tarixlərini müqayisə edilib. Nəticə bütün bu iddiaları təkzib edib.

İddialara görə, 1996-cı ildə Susurlukda yol qəzasında dünyasını dəyişən Abdullah Çatlı əməliyyatla üzünü dəyişib və Hakan Fidan kimi həyatına davam edib. Onların üz cizgilərinin oxşarlığı bu iddiaları gücləndirsə də, Abdulla Çatlının qızının doğum tarixi ilə bağlı təfərrüatlar şayiələri təkzib etməyə kifayət edib.

Belə ki, Abdullah Çatlının qızı Gökçen Çatlı 22 may 1975-ci ildə dünyaya gəlib. Hakan Fidan isə 1968-ci ildə anadan olub və hazırda 55 yaşındadır. Bu iddiaların doğru olması və Çatlının Hakan Fidan olması üçün 7 yaşında evlənib uşaq sahibi olmalıdır. Bu, bioloji cəhətdən mümkün olmadığı üçün "Hakan Fidan əslində Abdullah Çatlıdır" iddiaları boşa çıxıb.

Qeyd edək ki, bir vaxtlar hər kəsin maraqla izlədiyi "Kurtlar Vadisi" serialında da Polat Alemdar obrazının Abdullah Çatlını xarakterizə etdiyi deyilirdi.

Hakan Fidandan gerçək Polat Alemdara bənzədilməsinə REAKSİYA - FOTOHakan Fidandan gerçək Polat Alemdara bənzədilməsinə REAKSİYA - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1321   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib

27 sentyabr
.

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər

27 sentyabr
.

Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb

Silahların tənzimlənməsi ilə bağlı beynəlxalq sənəd layihəsi üzərində iş zamanı Rusiya və ABŞ nümayəndələri hərbi süni intellektin fəaliyyətinə dair əsas məhdudiyyətləri layihədən çıxarıb. "Report"un məlumatına görə, bu barədə "The Washington Post" mənbələrə və sənədlərə istinadə

27 sentyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

Niderlandda bir milyondan çox insanın şəxsi məlumatları OĞURLANDI: Hakerlər pul tələb edirlər

Niderlandın "Flink" çatdırılma xidmətinin bir milyondan çox müştərisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb. xəbər verir ki, məlumatı NU.nl saytı yayəb. Bəzi müştərilər sonradan ödəniş tələbi ilə məktublar alıblar. Özünü "LPG Group" adlandıran hakerlər müştərilərdən təxminə

27 sentyabr
.

Bu ölkədə ad günü məclisində baş verən atışmada 11 nəfər yaralanıb

Corciya ştatında parkda baş verən kütləvi atışma nəticəsində 17 və 18 yaşlarında on bir nəfər yaralanıb. xəbər verir ki, bu barədə CBS News hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat verib. Nəşr bildirir ki, "Ad günü məclisi iştirakçıları parkda toplaşdıqdan sonra başqa bir qru

28 sentyabr
.

Moldovada bu səbəbdən qırmızı təhlükə elan edildi

Moldova meteorologiya xidmətinin rəsmi açıqlamasına görə, Dnestrin bəzi hissələrində və kiçik çaylarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən Moldova qırmızı təhlükə səviyyəsi elan edib. xəbər verir ki, Telegram kanalında deyilir: "Dnestr və Prut çaylarında, eləcə də əksər kiçik çaylarda suyu

28 sentyabr
.

Çin qarşıdakı illərdə ABŞ-dan kömür tədarükünü artırmağı planlaşdırır

Pekin Vaşinqtonla kömür sənayesində əməkdaşlığı dərinləşdirmək, o cümlədən qarşıdakı illərdə Amerika kömürünün tədarükünü artırmaq istəyir. xəbər verir ki, bunu Çin Ticarət Nazirliyi bildirib. Çin tərəfinin açıqlamasına görə, ticarət-iqtisadi məsləhətləşmələrin nəticəsi olaraq, Çin və ABŞ qarşılıql

28 sentyabr
.

Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ

Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokad

27 sentyabr