Terrorçuların hədəfinə gələn icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi DTX-nın keçirdiyi əməliyyat nəticəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlayan şəxs həbs edilib.
Bəs terrorçuların hədəfinə gələn Taleh Qaraşov kimdir?
İcra başçısı ilə bağlı məlumatları təqdim edirik:
Taleh Azay oğlu Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköcə kəndində anadan olub. O, 1996-cı ildən müxtəlif rayonların icra başçısı olub.
Taleh Qaraşov 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirib. İxtisası inşaatçı-mühəndis və politoloqdur.
1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.
Onu da qeyd edək ki, icra başçısının adı ötən ilin iyul ayında qardaşının ölümü ilə gündəmə gəlmişdi. Həmin zaman ilk olaraq Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun Pirəköcə kəndində özünü güllələməklə intihar etməsi xəbəri yayıldı. Daha sonra isə məlum oldu ki, Azər Qaraşov intihar etməyib, onu oğlu Azay Qaraşov güllələyib. Azay Qaraşova qarşı Cinayət Məcələsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (musavat.com)
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1441 Tarix: 25 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyunKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyunÇörək almağa gedən gənc qız itkin düşdü
Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki
30 iyunGəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO
Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru
29 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyun